29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Qurbanov tələbələrlə görüşdü

Bakı Ali Neft Məktəbində (BANM) “Qarabağ” (Ağdam) futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib.

Futbolxeber.az xəbər verir ki, bu barədə qol.az-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov qonağı ali məktəbin professor-müəllim heyəti və tələbələri adından salamlayıb. Rektor Qurban Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından söhbət açıb. “Qarabağ” futbol klubunun azarkeşi olduğunu deyən Elmar Qasımov klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu da vurğulayıb. BANM-in rektoru qeyd edib ki, “Xaricdə bizim idmanımızı layiqincə təmsil edən Qurban Qurbanovun və klubun futbolçuları sayəsində Avropada və bütün dünyada “Qarabağ” sözü qələbə simvoluna çevrilir”.

Vaxtilə Azərbaycan milli komandasının ən yaxşı hücumçusu olan Qurban Qurbanov BANM-in rəhbərliyinə ali məktəbə dəvət olunmasına görə təşəkkür edib. O deyib ki, BANM-in tələbələri çox savadlı və istedadlı gənclərdir və öz biliklərinə görə ölkənin ən aparıcı ali təhsil müəssisələrindən birində təhsil almaq haqqını qazanıblar. Qonaq həmçinin qeyd edib ki, BANM-in hazırladığı mühəndis mütəxəssisləri Azərbaycanın uğurlu neft-qaz sənayesinin inkişafı üçün lazımdır və o, tələbələrə seçdikləri peşələrdə və tədrisdə müvəffəqiyyətlər arzulayıb.

Sonra Qurban Qurbanov çoxsaylı suallara cavab verib və ən maraqlı sualların müəlliflərinə “Qarabağ” futbol klubunun baş məşqçisinin imzası ilə toplar hədiyyə edib.

Görüşün sonunda BANM-in rektoru Elmar Qasımov ona plaket bağışlayıb. Qurban Qurbanov Elmar Qasımova idman suvenirləri və hədiyyələr bağışlayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31