20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Maşallah Əhmədovun ev dustaqlığının müddəti uzadılıb

 
Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb. Lent.az-ın məlumatına görə, Binəqədi rayon Məhkəməsi istintaq orqanının verdiyi təqdimata əsasən, M.Əhmədovun barəsində seçilmiş ev dustaqlığını bir ay müddətinə uzadıb.
 
M.Əhmədov keçən il Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
 
Binəqədi Rayon Məhkəməsində Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Sonradan Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
 
Maşallah Əhmədov barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lakin prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30