24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Minifutbol

Klinika “Şahdağ” klubunu məhkəməyə verib

Azərbaycanda fəaliyyət göstərən “OKİ” özəl klinikası “Şahdağ” Futbol Klubu MMC-ni məhkəməyə verib.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, klinika xidmət müqaviləsi üzrə pul barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan futbol klubu apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə “Şahdağ” klubunun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

“Şahdağ” klubunun prezidenti Ərəstun Niftəliyev “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Amma klub rəhbəri borcun nə qədər olduğunu açıqlamayıb.

Qeyd edək ki, “Şahdağ” Futbol Klubu hazırda Azərbaycan futbol çempionatının I divizionunda çıxış edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30