20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

“GoSport”da “Qəbələ”nin günü

"Qəbələ" və “GoSport Baku” birlikdə daha bir layihəyə imza atıb. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar”ın məşqçi heyəti və futbolçular ötən mövsüm UEFA Avropa Liqası zamanı “Port Baku Mall”da yerləşən “Go Sport” mağazasında azarkeşlər və media nümayəndələri ilə görüşmüşdüsə, bu dəfə tədbir Bakının ən böyük idman mağazası olan “Gənclik Mall”da yerləşən “Go Sport” mağazasında baş tutub. UEFA Avropa Liqasının pley-off mərhələsinin "Qəbələ" - "Maribor" (Sloveniya) oyunu ərəfəsində baş tutan görüşdə baş məşqçi Roman Qriqorçuk, komandanın kapitanı Rəşad Sadiqov, bu yay transfer olunan legionerlər - Teo Uiks və Baqali Dabo iştirak ediblər. Görüş zamanı mağazada təşkil olunan klubun rəsmi forma və aksessuarlarının satış nöqtəsi - "Gabala Korner"in təqdimetmə mərasimi keçirilib. Ardınca isə azarkeşlər və futbolçular arasında maraqlı müsabiqələr - “Play Station” turniri və masaüstü futbol yarışı baş tutub. Azarkeşlərlə futbolçuların qatıldığı yarışların qalibləri mükafatlandırılıb. Böyük marağa səbəb olan tədbirdə azarkeşlər baş məşqçi və futbolçularla xatirə şəkilləri çəkdiriblər.

Media nümayəndələri isə Roman Qriqorçuk və oyunçuların tədbir və qarşıdakı vacib qarşılaşma haqda fikirlərini öyrəniblər. Ukraynalı mütəxəssis belə görüşün vacibliyini qeyd edib: “Azarkeşlərlə görüşlər həmişə xoşdur. Belə tədbirlər ona görə vacibdir ki, futbolda daha yaxşı atmosfer yaradır”.

Rəşad Sadiqov "Gabala Korner"in açılmasını müsbət hal kimi dəyərləndirib və belə nöqtələrin olmasına münasibət bildirib: “Belə tədbirə qatılmaq çox xoş oldu. Klubun aksessuarlarının satışa çıxarılması sevindiricidir. Bütün klubların belə nöqtələrə malik olmasını arzulayıram”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30