19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Minifutbol

Ukraynanın Azərbaycandakı səfirindən Qriqorçuka təbrik məktubu

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində “Lill” üzərindəki möhtəşəm qələbəsinə Ukraynanın Azərbaycandakı səfirliyi də biganə qalmayıb. Futbolxeber.az saytının məlumatına görə, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko “Qəbələ”nin baş məşqçisi, həmyerlisi Roman Qriqorçuka təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Öz adımdan və Ukraynanın Azərbaycandakı səfirliyi adından sizi və “Qəbələ” kollektivini mötəbər turnir olan UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki parlaq qələbəniz və növbəti dəfə pley-off mərhələsinə yüksəlməyiniz münasibətilə təbrik edirəm. Səfir kimi mənə ukraynalıların Azərbaycan futbolu tarixində yer almasını görmək çox xoşdur. Sizin “Qəbələ”nin baş məşqçisi kimi uğurlu işiniz Ukraynanın Azərbaycandakı imici və iki ölkə xalqları arasındakı dostluq münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətlidir.

Bu məktubla həmçinin sıravi azərbaycanlılara və Ukrayna səfirliyinə təbrik ünvanlayan bütün Kütləvi İnformasiya Vasitələri mənsublarına da öz təbriklərimi çatdırıram. Səfirliyin bütün əməkdaşları bu tarixi oyunda sizinlə birlikdə idi və bu idman bayramında sevincinizi bölüşürük.

Roman İosifoviç, sizə gələcək işlərinizdə bütün qəlbimlə uğur və müvəfəqiyyətlər arzulayıram!”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30