16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Minifutbol

Hakimlərimizdən kobud səhv: Azərbaycan bayrağı tərsinə asıldı

Bu gün AFFA-nın saytında hakimlərimizin Bolqarıstan keçirilən təlim-məşq toplanışından növbəti fotoreportaj yerləşdirilib. Fotolardan biri xüsusi diqqətimizi çəkdi.

Fotodan göründüyü kimi, hakimlərimiz qaldıqları otelin eyvanından Azərbaycan bayrağını asıblar. Bunu müsbət hal kimi qiymətləndirmək olar. Lakin məsələ ondadır ki, ədalət qoruyucuları bayrağımızı səhv asıblar. Çünki bayrağın göy hissəsi sağdan yox, soldan olmalıdır. 

Nazirlər Kabineti 2005-ci il 25 mart tarixli 55  nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edib. Qaydalara edilən əlavəyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

Yaxşı olardı ki, növbəti dəfə hakimlərimiz bayraq məsələsində diqqətli olsunlar. Üçrəngli dövlət bayrağımız qürur mənbəyimizdir. Bu bayrağa dərin hörmət və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da ciddi əməl etməliyik.

Futbolxeber.az




Ad: askerov a a;   E-mail: ---

03.08.2016 00:00

bu bir savadsizlig ve mesuliyyetsizlikdirtekce xaricde yox azerbaycandada tedbirlerde yarishlarda bayragimiz sol yashil orta girmizi sag yashil ve ay govsi agzi yuxari asilir hemishe bu cox ayibdir eslinde siz yazdiginiz kimi sol goy orta girmizi sag yashil ve ayparanin agzi ashagi olmalidir
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30