28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Cahangir Hacıyevin həbs müddəti uzadıldı

Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb. Bu barədə APA-ya məlumat verən vəkil Aqil Layıcov bildirib ki, mayın 27-də Nərimanov rayon Məhkəməsində keçirilmiş iclasda həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb: “Bu gün mən Cahangir Hacıyevlə görüşdüm. Saxlanma şəraitindən narazılığı olmasa da, səhhətində problemlər var. Özünü yaxşı hiss etmir. Hər dəfə səhhəti pisləşəndə həkimlər müayinə və tibbi yardım göstərirlər. Lakin onun müalicəsi saxlanma yerində mümkün deyil”.

Vəkil həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verdiklərini deyib: “Şikayətə sabah baxılacaq”.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

Əlavə edək ki, C.Hacıyev Beynəlxalq Bankla yanaşı, Bakının "İnter" klubunun da rəhbəri olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31