19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Millimizin futbolçusu zorlamada günahlandırılır: “İyrənc idi, donuzlar belə hərəkət edər”

Azərbaycan futbol yığmasının üzvü Pərdis Fərcad-Azadın adı şok qalmaqalla gündəmə gəlib. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, “Sumqayıt”ı “İnter”ə dəyişən hücumçu zorlamada günahlandırılır.

Belə ki, almaniyalı model Gina-Liza Lohfinks 4 il öncə Berlin məhkəməsinə müraciət edib. 30 yaşlı aktrisa şikayətində 2 nəfərin onu zorladığını bildirib. Həmin şəxslərdən biri kimi isə məhz Pərdis Fərcad-Azadın adını qeyd edib.

Hadisə 2012-ci ilin iyununda baş verib. Gina-Liza Pərdis və Sebastian adlı digər şəxslə Berlinin “Maksim” adlı gecə klubunda sekslə məşğul olub. Daha sonra bunu əks etdirən video-görüntü yayıldığından, model onları məhkəməyə verərək, zorlandığını iddia edib. Lohfinks Pərdis və Sebastianın 24 min avro təzminat verməli olduğunu bildirib. Onlar isə bununla razılaşmayaraq, apellyasiya şikayəti ediblər.

Həmin vaxtdan başlanılan araşdırma bu günə qədər davam etdirilib. Hadisə ilə bağlı dünən növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə çıxış edən Gina-Liza Lohfinks bunları deyib: “Videoda da görünür ki, istəyim olmadan bu işi ediblər, məni zorlayıblar. Həmin gecə içkili olmuşam. Baş verənlər məndən asılı olmayıb. İyrənc idi, ancaq donuzlar belə hərəkət edər. Xatırladığım qədərilə, evdən qaçmağa çalışdım. Daha sonra isə qışqırıb polisi çağırdım”. 

Məhkəmə zalında almaniyalı modelin ürəyi gedib. Həkimlərin müdaxiləsindən sonra onu özünə gətirmək mümkün olub. Bununla əlaqədar, məhkəmə prosesi iyunun 6-dək təxirə salınıb. Hadisə ilə bağlı məhkəmənin yekun qərarı iyunun 27-də veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30