17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Minifutbol

Bravo, “CBC Sport”! (QEYD)

Azərbaycan  kubokunun finalını “CBC Sport”dan izləyən hər kəs bu yazıda qeyd edəcəyim təriflərin şişirdilmə qeydlər olmadığı ilə razılaşar. Çox çətinliklə nəyisə tərifləyərik - haqqımızda təəssüratınız budur. Ancaq “CBC Sport”un ortaya qoyduğu iş çəkinmədən, ürəkdən tərifləməyə səbəb yaratdı.

“Qarabağ” - “Neftçi” matçından əvvəl, matçın özünü və matçsonrasını dinamik, vizual çəkici formada təqdim etməyi bacaran bu kanala tamaşaçı minnətdarlığımı bildirirəm.

Azərbaycanda belə bir kanala ehtiyac var idi. Onlar arabir bəndənizi də prematça dəvət edirlər. Məsələ budur ki, hər detala diqqətlə yanaşılır. Xeyli əvvəldən bu haqda sənə məlumat verilir, ciddi hazırlaşman və ətraflı fikir bildirmənçün edirlər bunu. Dəvət edəndən sonra sənin qarşılanmanı belə xüsusi diqqətlə həyata keçirirlər. Bunlar peşəkarlıq göstəricisidir və əslində, normalda olmalı, edilməli şeylərdir. Sadəcə, Azərbaycanda belə nüanslarla rastlaşmırıq deyə, görəndə təəccübqarışıq qarşılayırıq.

Bu camiəyə peşəkarlıq rüşeymlərini səpən kanalın fərqliliyi qısa zamanda bacarması da alqışlanasıdır. Hələ  1 ili tamam olmayan bir kanalın bu qədər sürətlə inkişaf eləməsinin səbəbi heyətə seçimlərin şəffaflıq prinsipləriylə aparılmasına görədir.

Doğrudur, kanalda çox yaxın dostlarım çalışır, bunu ətrafımızda demək olar, hamı bilir.  Ancaq mənim bundan əvvəl o dostlarımın peşə fəaliyyətini tərifləməyə kifayət qədər arqumentim olsa da, bunu etməmişəm. Bugünkü matçın teleyayımından aldığım zövq, işə yanaşma formaları məni buna yaxşı mənada vadar etdi.

Hər detala incə yanaşılmışdı. Hiss olunrdu ki, bugünkü işə jurnalist yanaşması var, işbaz, müdür, kabinet beyninin məhsulu deyil.

Matça aid iqlim yüksək səviyyədə yarada bilmişdilər. Hər iki tərəfin düşərgəsindən kadrlar hazırlanmışdı. Bu cür yayım, inanın, tez bir zamanda stadionların dolmasına səbəb olacaq.

Hələ ölkə çempionatının oyunlarında prematç yanaşmasının tətbiqini çox müsbət qarşılamışdım. Bu, müasir standartların ən vacib tələbidir. İnteraktivliyi artıran və dinamika yaradan məqamdır. Oyuna TV-dən baxan tamaşaçı özünü matçın içində hiss edir. Növbəti dəfələrin birində mütləq özü də hadisələrin içində olmaq istəyəcək və stadiona gedəcək.

Bu və başqa çox sayda incə detallar var ki, onların cəmini final matçının kanaldakı təqdimatında gördük. Çox xırda nöqsanları çıxsaq, “CBC Sport”un ümumi fəaliyyətindəki artan inkişaf özünü bu matçın yayımında hərtərəfli göstərdi. 1 ili tamam olmamış kanalın bu cür performansı davamlı olsa, yaxşı gələcək vəd edir.

ELÇİN, Futbolpress.az

P.S. Müqayisəsiz iş olmaz ki. Odur ki, gəlin, müqayisə edək. “İdman Azərbayca”a nəzər yetirək. Yaranandan bu yana bu kanalın Azərbaycan çempionatının yayımını yadınıza salın. Quru-quru qurbağa misalı... Nə analitik verilişlər keyfiyyətli olurdu, nə müstəqil ekspert fikirləri öyrənilirdi, nə matçətrafı interaktivlik anlayışı var idi. Öz qapanıq,  kiçik dairəsində var–gəl edən bu kanal idman ictimaiyyətinə də, idman izləyicisinə də yad kimi idi.  “CBC Sport” yaranandan Azərbaycan çempionatı və kubokunun yayım hüququnu alıb. Belədə “İdman Azərbaycan”ın fərqli yanaşmalarla, layihələrlə rəqabətə girəcəyini gözləyirdik. Yanıldıq. Bu kanal küsmüş kimi – kənara çəkilib, ümumiyyətlə, “yola verir”. Halbuki dövlət büdcəsindən bu kanalın fəaliyyətinə çox yüksək məbləğdə pul ayrılır. Ancaq nə keyfiyyətli verilişlər var, nə ciddi müzakirələr, polemikalar, nə debatlar, nə maraqlı çempionatların yayımı, nə.. nə... nə vaxta kimi?




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30