20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

BANM-də "Formula-1" yarışları haqqında təqdimat keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Prezident yanında Bilik Fondu və "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ali Məktəbin tələbələri üçün Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" adı altında "Formula-1" yarışları haqqında təqdimat keçirilib. Bu barədə "Report"a BANM-dən məlumat verilib.

BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Azərbaycanın son illər bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etməsini ölkənin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsi yolunda atılan addım kimi dəyərləndirib.

Tədbirdə Bilik Fondunun Beynəlxalq Layihələr sektorunun müdiri Riyad Məmmədzadə, Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun aparıcı məsləhətçisi Almaz Axundova və "Formula-1" yarışlarının Bakı Fan Klubunun rəhbəri, f-1.az saytının qurucusu Rəhim Əliyev iştirak ediblər.

"Formula-1" yarışlarının Bakı Fan Klubunun rəhbəri, f-1.az saytının qurucusu Rəhim Əliyev Azərbaycanda “Bakı Avropa Qran Prisi” (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula 1” yarışları haqqında ətraflı məlumat verib. O, 21 ölkənin ev sahibliyi etdiyi “Formula 1” yarışları içərisində sayca 8-ci Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçiləcəyini deyib. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək və paytaxtın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edərək, televiziya izləyiciləri üçün gözəl mənzərə açacağını bildirib. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı olduğunu və yarış müddətində “Formula 1” fanatlarının diqqətinin Bakıya yönələcəyini bildirən R.Əliyev Azərbaycan paytaxtının dünyanın diqqət mərkəzində olacağını vurğulayıb.

Sonra “Bakı Avropa Qran Prisi” (Formula-1) yarışları haqqında videoçarxlar nümayiş etdirilib.

Yekunda Rəhim Əliyev tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 17-19 iyun tarixlərində Azərbaycan "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) yarışlarına ev sahibliyi edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30