24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Minifutbol

Qəbələ Şəhidi ilə belə vidalaşdı

Azərbaycan Ordusunun şəhid zabiti, 1992-ci il təvəllüdlü leytenant Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində dəfn edilib. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, “Qəbələ” İdman Klubunun rəhbərlik, məşqçi, futbolçu heyəti, atıcılıq klubu və minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. İzdiham yol boyu “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Dişə-diş, qana-qan, ermənidən intiqam”, “Ən böyük əsgər, bizim əsgər” kimi şüarlar səsləndirib. Şəhid zabit yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib. Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid leytenant Sahil Şirinov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olub. Sahil Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış. Mərasimdə Zaman Şirinov şəhid qardaşı Sahil ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30