24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

Milli Məclis mərc oyunlarına nəzarəti İdman Nazirliyindən aldı

Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası yeni yaradılan "Maliyyə Bazarlarına Nəzarət Palatası" publik hüquqi şəxsə verilir. Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bununla bağlı Milli Məclis "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik edib.

Dəyişiklik layihəsinə əsasən, "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənib.

Digər dəyişikliyə əsasən isə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30