20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

“Qəbələ” daha bir şirkətlə əməkdaşlığa başladı

“Qəbələ” İdman Klubu ilə AVIS Azərbaycan şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Futbolxeber.az-ın məlumatına görə, müqaviləyə əsasən, AVIS “Qəbələ”ni 1 il ərzində nəqliyyat vasitələri ilə təmin edəcək. AVIS reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində, oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində və klubun rəsmi saytında yerləşdiriləcək.

Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.

AVIS-in Azərbaycan üzrə rəhbəri Berat Ecemiş əməkdaşlıqla bağlı fikirlərini açıqlayıb: “AVIS şirkəti olaraq 161 ölkədə - 4850 ofisdə müştərilərimizə xidmət göstəririk. AVIS Türkiyə isə 75 ofis və  ölkə xaricində çalışan 2 şirkətlə fəlaiyyətini davam etdirir. Hazırda “rent a car” sektorunun lideri mövqeyində möhkəmlənən şirkətimiz dünyada və Türkiyədə müxtəlif idman növləri üzrə sponsorluqlar həyata keçirməkdədir. AVIS Azərbaycan ölkənin qabaqcıl futbol və idman markası “Qəbələ” ilə əməkdaşlığa start verməkdən sevinc duyur. İnanırıq ki, “Qəbələ” İK bu mövsüm Avropada əldə etdiyi uğurlu nəticələrə təkrarlayacaq və əməkdaşlığımız qarşıdakı illərdə də davam edəcək”.

“Qəbələ” İdman Klubunun kommersiya direktoru Mustafa Aztopal da əməkdaşlığa görə sevinc duyduğunu bildirib: “AVIS kimi sektorunun öncül firmalarından biri ilə sponsorluq müqaviləsi imzaladığımıza görə sevinc duyuruq. AVIS ilə Türkiyədə çalışdığım müddətdə də əməkdaşlıq etmək imkanına sahib olmuşdum. Ümid edirəm ki, AVIS ilə əməkdaşlığımız üzunmüddətli olacaq. “Sarar” və AVIS kimi türk şirkətləri ilə müqavilələr gələcəkdə başqa firmalar üçün bizimlə əməkdaşlıq baxımından gözəl nümunə olacaq”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30