20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər cərimə kamerasına salınıb

Ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev cərimə kamerasına yerləşdirilib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a S.Mustafayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkil bildirib ki, bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb: "Həmin şəxslər fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdən sonra "kars"a salınıb".

Vəkil təqsirləndirilən şəxslərin cərimə kamerasına salınmasının Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə yaşanan münaqişə ilə izah olunduğunu deyib. B.Hacıyev cərimə kamerası qərarı ilə razılaşmadığını, bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini söyləyib.

Qeyd edək ki, fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əliyevin hüquqi varisinin müdafiəçisi Fariz Namazlının həkimlərin məhkəmədə ifadə vermələri barədə vəsatətinə baxılıb. Vəsatət təmin edilməyib. R.Əliyevin valideynləri, həmçinin təqsirləndirilən şəxslər və yaxınları buna ciddi etiraz edib, məhkəmə zalında səs-küy yaranıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30