29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

“A” Seriyasına görə millinin oyunundan imtina etməyə dəyərmi?

Futzal üzrə Azərbaycan yığması dünya çempionatının əsas seçmə mərhələsindəki uğurlu çıxışı sayəsində tarixi nailiyyətə imza atmağa çox yaxınlaşdı. Tino Peresin çalışdırdığı komandamız tarixində ilk dəfə dünya çempionatının final mərhələsində oynaya bilər.

Bunun üçün isə futzalçılarımız hələ pley-off mərhələsində daha bir rəqibindən güclü olmalıdır. Hansı ki, hələ həmin rəqibin kimliyi bəlli deyil. Təbii ki, gələn il baş tutacaq həmin püşkatma mərasimində kiminlə qarşılaşmağımızdan asılı olmayaraq, millimiz ilkə imza atmağa çalışacaq.

Xorvatiyada baş tutan seçmə mərhələnin oyunlarına gəlincə, komandamız çox inamlı çıxışı ilə rəğbət qazanmağı bacardı. Xüsusilə İsveç (8:2) və Belarus (7:2) üzərindəki qələbələr göstərdi ki, yığmamız çox yaxşı formadadır və dünya çempionatına yollanmaqda iddialıdır. İsveç təbii ki, millimizlə rəqabət aparacaq gücdə deyildi. Amma Belarus bizdən öncə meydan sahibi Xorvatiyaya 7:4 hesabıyla qalib gəlmiş komanda idi. Buna baxmayaraq, millimiz onlara da 7 qol vurmağı bacardı. Xorvatiya ilə həlledici oyunda isə Azərbaycan yığmasına hətta heç-heçə də kifayət edirdi ki, qrup qalibi olsun. 8 qolun vurulduğu oyun məhz heç-heçə başa çatdı və millimiz pley-offa vəsiqəni təmin etdi. Özü də qrup birincisi olmağımız növbəti mərhələdə komandamızın nisbətən zəif rəqiblə düşməsinə şərait yaradacaq.

Yığmamızın seçmə mərhələ oyunlarını yayımlayan "CBC Sport" barədə də ayrıca söz açmaq istərdik. Belə bir kanalın olması artıq böyük bir uğurdur. Görüntü keyfiyyətinə də söz ola bilməz. Amma millimizin Xorvatiyaya qarşı keçirdiyi həlledici oyunun yayımı zamanı baş verənləri anlamaq çətindir.

Məsələ burasındadır ki, millimizin oyunu start götürən vaxt - saat 22:30-da İtaliya A Seriyasının "Napoli" - "Roma" matçı keçirilirdi. Həmin oyundan bir qədər sonra isə elə həmin turnirin digər görüşü - "Yuventus" - "Fiorentina" matçı start götürdü. Amma "CBC Sport"un başbilənləri həmin oyunları millimizin Xorvatiya ilə həlledici görüşünə qurban vermək istəmədilər. Yəni Azərbaycan yığmasının taleyüklü bir oyunu İtaliya çempionatının görüşlərindən az əhəmiyyətlidir? Başa düşmək olar ki, həmin oyunlar beynəlxalq aləmdə böyük maraq kəsb edir. Amma Azərbaycanda öz ölkəmizin yığma komandasının oyunu hansısa ölkə çempionatının görüşündən əhəmiyyətsiz sayılmamalıdır. Hətta futzal da olsa, həmin anda Azərbaycanı təmsil edən MİLLİ KOMANDA oynayırdı. Həm də millimizin oyunlarının yayım hüququnu almısınızsa, bunu lazım olan qaydada göstərməliydiniz.

Azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31