25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Minifutbol

Bakı Olimpiya Stadionunda turlar təşkil edilir

Bu gündən etibarən Bakı Olimpiya Stadionunda turlara start verilir. Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı AFFA-nın rəsmi saytında yer alan xəbərdə deyilir:

- Artıq siz stadionu yalnız rəsmi tədbirlər zamanı izləyici kimi görməklə yanaşı, arenanın digər hissələri ilə də yaxından tanış ola bilərsiniz. Tur zamanı qonaqlar texniki otaqlara, konfrans zalına, skaybokslara, futbolçuların paltardəyişmə otaqlarına, oyun meydançasına və ehtiyat oyunçular skamyaları olan əraziyə getmək mümkündür. Qrup şəklində olan 60 dəqiqəlik piyada turdan əlavə olaraq, qonaqların elektromobil ilə fərdi turlar da sifariş etməsi mümkündür. Tur zamanı qonaqlar stadion barədə maraqlı məlumatlar və ictimaiyyət üçün nəzərdə tutulan gələcək planlarla yaxından tanış ola bilərlər. Turlar həftənin bazar ertəsi və cümə günləri saat 12:00-dan 16:00-a qədər mövcuddur, elektromobil ilə turlar isə (maksimum 3 nəfər), hər gün saat 11:00-dan 17:00-dəkdir. Turları öncədən rezerv etmək üçün bizə email yaza ([email protected]), telefonla əlaqə saxlaya (+994 55 979 59 89) və yaxud rəsmi Facebook səhifəmizə yaza bilərsiniz (bakuolympicstadium1). Yaxın zamanlarda istifadəyə veriləcək rəsmi saytımızdan da qeydiyyatdan keçə bilərsiniz. Turlar, Azərbaycan, rus, ingilis və alman dillərində keçiriləcək. Turların qiyməti böyüklər üçün 5 manat, tələbələr üçün 2 manat və 5-15 yaş arası uşaqlar üçün 1 manatdır. Bundan əlavə, bəzi güzəştlər də oluna bilər. Elektromobil ilə tur böyüklər üçün 25, tələbələr üçün isə 20 manat təşkil edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30