29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Elza Seyidcahan: “Oğlan olsaydım, güləşi seçərdim”

“Ailəlikcə idmanı çox sevirik. Bizim ailədə idmançılar, çempionlar olub. Oğlan olsaydım, mən də mütləq idmanı seçərdim”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına əməkdar artist Elza Seyidcahan deyib.

 Azərbaycanın tanınmış müğənnilərindən olan Elza Seyidcahan güləşə xüsusi maraq göstərdiyini söyləyib: “Oğlan olsaydım, güləşi seçərdim. Bu idman növünə daha çox marağım var. Çünki güləş mübarizə, çiyinləri yerə vurmaq deməkdi. Həyatda heç zaman çiynimi yerə vurmamışam. Həmişə namərdin çiynini yerə vurmuşam. Güləşdə də döşək üzərində bütün rəqiblərimin çiynini yerə vuracaq, qələbələr qazanacaqdım. Sənətdə olduğu kimi, idmanda da Azərbaycan bayrağını yüksəklərə qaldıracaqdım”.

Futbola da marağının olduğunu bildirən Seyidcahan “Neftçi” və “Qarabağ”ın adını xüsusi vurğulayıb: “Futbolu da çox sevirəm. Komandalarımızın oyunlarına ailəlikcə gedirik. Bu yaxınlarda Bəhram Bağırzadə bizi “Neftçi” komandasının oyununa dəvət etmişdi. Bütün incəsənət ustaları orda idi. “Neftçi”yə biz hər zaman azarkeşlik etmişik. İndi “Qarabağ” uğurlu çıxış edir. Onları hər zaman dəstəkləyirik, uğurlar arzu edirik. Düzdü, işlərin çoxluğu ilə əlaqədar son vaxtlar izləyə bilmirəm. Ancaq imkan tapdıqca komandalarımıza Avropa oyunlarında dəstək olmağa çalışırıq”.

Bəstəkar olması ilə də seçilən Elza xanım idmana aid klip çəkdirməyə hazırlaşdığını gizlətməyib: “İdmançılar üçün himn yazmışam. Hazırda hər bir peşə ilə bağlı mətnlərim var. İnşallah, klip də cəkəcəm, gələcəkdə eşidəcəksiniz.  İdmanın bütün növlərini özündə əks etdirən klip olacaq. Orda çempionlarımız da işıqlandırılacaq”.

Sehidcahan təklif olacağı təqdirdə dünya çempionatı, Avropa çempionatı, eləcə də Çempionlar Liqası kimi böyük turnirlər üçün himn, mahnı bəstələmək və oxumağa hazır olduğunu söyləyib: “Avropadan təkliflər gəlib, gəlməkdə də davam edir. Elə bu yaxınlarda Türkiyədə böyük bir layihədə mənim bəstələdiyim mahnılar səslənəcək. Avropanın böyük futbol, ümumiyyətlə, idman turnirləri üçün mahnı bəstələmək və oxumaq təklifi olarsa, əlbəttə ki, qəbul etmək olar. Çünki yaradıcılıqla bağlı gələn hər bir təklifi müsbət qarşılayaram. Ümumiyyətlə, Azərbaycanda Avropa səviyyəli idman yarışları, eləcə də müxtəlif sahələrlə bağlı böyük tədbirlər üçün mahnılar oxumaq gücündə olan istedadlı müğənnilər çoxdu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31