26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Futbolpress.az fəaliyyətini bərpa etdi

İyunun 20-dən fəaliyyətini dayandırmış “Futbolpress.Az” saytı bu gün işi bərpa edib. Bəs bu qədər müddət “offline” olmağın səbəbi nə idi? Futbolxeber.az-ın məlumatına görə, bu barədə fanat.az-a saytın təsisçisi və baş redaktoru Elçin Cəlilov danışıb: "Biz ölkə mediasının mövcud vəziyyətini bilirik. “FutbolPress” də müstəqil KİV-lər kimi tez-tez müxtəlif çətinliklərlə üzləşir. Onlardan biri də həmişəyaşıl maddiyyat problemidi.

Saytı uzun müddət sırf öz maddi imkanlarımla, belə deyək, saxladım. Sonra vəziyyət ağırlaşdı və işçinin maaşını verə bilməyincə, məcburən fəaliyyət dayandırıldı. Bir az da öz səhhətimdə yaranan problemlər işi davam etdirməyə imkan vermədi.

Şükür ki, indi salamatlıqdı və fikirləşirəm ki, sayt fəaliyyətini bərpa eləməlidi. Buna ən azı, çoxsaylı oxucu marağını nəzərə alaraq, etmək həvəsindəyik.

Çalışacağıq ki, bütün çətinliklərə baxmayaraq, 6 illik fəaliyyəti ilə gündəmdə olmuş bu sayt bundan sonra dayanmadan çalışsın.

Yenə operativ xəbər  və obyektiv məqalələrimizlə tanış ola biləcəklər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30