Minifutbol
"İdman mətbuatımıza diqqət idmana göstərilən diqqətə adekvat deyil"
- Azərbaycanda idman jurnalistikasının durumunu qənaətbəxş saymaq olarmı?
- İdman jurnalistikamıza ən yaxşı dəyəri Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. MŞ sədri bildirib ki, idman jurnalistikamız mətbuatın başqa qolları ilə müqayisədə ən inkişaf etmiş sahədir. Digər tərəfdən, ölkə prezidenti Milli Olimpiya Komitəsinə, müxtəlif dövlət qurumlarının rəhbərləri federasiyalara başçılıq edirlərsə, idman jurnalistləri də buna adekvat statusda olmalıdırlar. Başqa sözlə, idman mətbuatı ölkənin idmanına adekvat durumda olmalıdır. Bu mənada hesab edirəm ki, idman mətbuatının indiki durumu bu statusa müvafiq deyil. İdman jurnalistikası daha yaxşı vəziyyətdə ola bilər və buna layiqdir. Lakin hər dəfə bunun əks əlamətlərini görürük. Uzağa getməyək. Bu ilin 22 iyulunda milli mətbuatımızın 140 illiyi münasibəti ilə təltif olunan jurnalistlərin siyahısına baxdım. Fürsətdən istifadə edərək, bütün təltif olunanları, o cümlədən, sabiq baş redaktorlarım Akif Aşırlı ilə Qabil Abbasoğlunu təbrik edirəm. Amma həmin siyahıda bir idman jurnalistinə də rast gəlmədim. Halbuki, ən azı daha bir sabiq baş redaktorum Mahir Rüstəmli o siyahıda yer almağa layiq idi. Bir daha vurğulayıram: idman jurnalistikası ölkə idmanının inkişafına uyğun olmalı, buna uyğun sürətdə irəliləməlidir. Ola bilməz ki, idman inkişaf etsin, idman mətbuatı isə geridə qalsın. Hər iki sahənin tərəqqisi paralel şəkildə aparılmalıdır. Yəni, idmanın inkişafını lazımi şəkildə işıqlandıra bilməsək, bu, Azərbaycan idmanındakı müsbət dəyişiklikliyə dair təbliğata müəyyən mənfi təsirlər göstərəcək.
- Bu sahədəki mövcud problemlərdən biri də idman jurnalistlərinin müxtəlif idman növləri üzrə ixtisaslaşmamasıdır. Sözügedən məsələnin indiyədək həllsiz qalması hansı problemlərə yol açır?
- Əlbəttə, idman yazarlarının ixtisaslaşmasına ehtiyac duyulur. Bu işdə media qurumlarının rəhbərlərindən əlavə, müvafiq idman federasiyaları maraqlı olmalıdırlar. Məsələn, ölkədə güləş, cüdo və boksa böyük ictimai maraq var. İdman jurnalisti isə bu maraqdan çıxış edib hansısa material hazırlamaq istəyir. Lakin o, bunu gerçəkləşdirə bilmir. Çünki o yazar, ən azı həmin idman növlərindəki qaydaları bilməlidir. İdmançının məğlubiyyət və qalibiyyət səbəblərini bilməlidir. Kor- koranə şəkildə izahat vermək olmaz. Bu mənada aidiyyəti federasiyalar idman jurnalistlərinin bilik və bacarıqlarının yüksəldilməsi istiqamətində addımlar atmalıdırlar. Doğrudur, AFFA həmin istiqamətdə müəyyən işlər görür. Söhbət stimullaşdırıcı tədbirlərdən və jurnalist biliklərinin artırılmasına yönəlik təlimlərdən gedir. Lakin belə təlimlər çox nadir hallarda keçirilir. Bundan başqa, idman jurnalistləri xarici səfərlərdə iştirak etməlidirlər ki, təcrübələri artsın. Yəni təcrübə olmalıdır ki, onlar istənilən yarışı lazımi səviyyədə işıqlandıra bilsinlər. Deyərdim ki, AFFA belə addımlar atır. Milli komandamızın səfər oyunlarında 5-10 jurnalist xarici səfərlərə aparılır. Amma digər federasiyalarda bunu çox nadir hallarda görürük.
- Müşahidələrimizə görə, idman mətbuatına axın zəifdir. Bunun səbəbini nəylə izah edərdiniz?
- İstənilən sahəyə maraq orada yaradılan maddi-texniki şəraitdən asılıdır. İdman mətbuatına maraq idmana maraqdan irəli gəlir. İdmandan anlayışı olmayan adamın jurnalistikanın bu sahəsinə gəlməsi absurddur, mümkünsüzdür. Bu mənada ilk növbədə həmin adamda idmana maraq olmalıdır ki, o gəlib həmin maraq üzərində ortaya iş qoyub, qarşılığını alsın.
- Çoxsaylı iddialar dolaşır ki, Azərbaycanda idman deyil, futbol jurnalistikası var. Bu fikirləri necə dəyərləndirirsiniz?
- İndi kimi dindirirsən, futboldan bilir. Futboldan yazan jurnalistləri az-çox stimullaşdıran maraqlar da mövcuddur. Məsələn, indiki idman saytlarının qazanc mənbəyi klubların verdiyi reklamlardır. Müəyyən klublar var ki, cüzi məbləğ qarşılığında reklamlar verirlər. Sayt rəhbəri də həmin məbləğın bir hissəsini saytın admininə ayırır və beləcə o, saytını idarə edir. Amma bu, inkişaf demək deyil. Ölkədə çox az idman mediası var ki, öz əməkdaşlarını dolandırmağı bacarır. İdman jurnalistləri də elə yüksək maaş almırlar ki, bu sahədə qala bilsinlər. Bəziləri tələbə vaxtlarında gəlir. Sonra da oradan başqa sahəyə keçir. İdman jurnalistikamızın vəziyyəti belədir. Bir sözlə, nə Mətbuat Şurasında, nə də Gənclər və İdman Nazirliyində idman jurnalistikasına cavabdeh olan şəxs yoxdur ki, dərdimizi deyə bilək.
- Ölkəmizdə idman şərhçiliyi hansı səviyyədədir? Bəzən ciddi iradlar səslənir ki, idman şərhçilərimizin səviyyəsi arzuolunan deyil. Bu, nə ilə bağlıdır?
- İdman şərhçiləri birdən-birə ortaya çıxmırlar. Onlar da idman jurnalistləri arasından seçilirlər. Onlar adi idman jurnalistlərindən bir pillə yuxarı sayılırlar. Həm də burada bilik-bacarıqdan əlavə, natiqlik qabiliyyəti böyük rol oynayır. Bir məsələni xatırladım ki, əvvəllər Rusiya, son illər isə Türkiyə şərhçiliyi ortaya çıxıb. Bəzən həmin mənbələrdən bizə elə ifadələr daxil olur ki, onu asanlıqla qəbul etmirik. Fikrimcə, şərhçilərə münasibətdə subyektiv amillər də rol oynayır. Kimi onları bəyənir, kimi də bəyənmir. Bu, şəxsi məsələdir. Amma şərhçiliyə dair də təşkil olunan seminar və stimullaşdırıcı tədbirlər azdır. Bizdə az-çox futbol şərhçiliyi mövcuddur. Şərhçilər də sahələrə ayrılmalıdırlar. İdman şərhçiləri də sahələrə bölünməlidirlər ki, onlar da peşəkar səviyyədə şərhlər apara bilsinlər. Bir sözlə, Mətbuat Şurası, Gənclər və İdman Nazirliyi və müvafiq federasiyaların da dəstəyilə idman jurnalistlərinin ixtisaslaşması prosesi aparıla bilər. Bölgü aparılarsa, şərhçilikdə yaxşı mənzərənin şahidinə çevrilə bilərik.
- Yetərli peşəkar idman jurnalistlərimiz varmı?
- Təbii ki, var. İdman jurnalistikası sahə mətbuatı olsa da, bu sahədən çıxanlar digər sahələri də izləyirlər. Baxın, digər sahənin jurnalistinə idman mövzusu tapşırsan, əksəriyyəti bacarmayacaq. Amma idman yazarlarına hansı mövzuda yazı versən, çoxu onun öhdəsindən gələcək. Çünki idman yazarları ictimai-siyasi proseslərdən kənarda qalmırlar. Davamlı olaraq prosesləri izləyirlər. Peşəkarlığın da bir növü budur.
- Qeyd etdiniz ki, idman jurnalistlərinin xaricə səfərləri təşkil olunmalıdır. Məlumdur ki, bunun reallaşması üçün idman yazarlarımızın əcnəbi dil bilməsi vacibdir....
- Əlbəttə, ən azı ingilis və rus dillərini bilmək mütləqdir. Amma son illər idman jurnalistikasına gələnlərin əksəriyyəti heç rus dilini bilmir. Hətta Bakı Slavyan Universitetini bitirənlərin belə rus dilindən anlayışı yoxdur. Bu halla da rastlaşmışam.
- Əcnəbi idman jurnalistləri bizim idman yazarlarımızdan hansı məziyyətləri ilə fərqlənirlər?
- Onların maddi vəziyyətləri yüksəkdir. İmkanları genişdir. Çalışdıqları media quruluşları onları öz hesablarına beynəlxalq yarışlara göndərir. Onların dil bacarığı var. Bir neçə xarici dili bilirlər. Ölkə hüdudlarından kənara çox çıxırlar. Azərbaycanlı idman yazarlarına gəlincə, deyə bilərəm ki, bizim idman jurnalistlərimizin də potensialı var. Bizim jurnalistlər istənilən əziyyətə qatlanırlar. İlk Avropa Oyunlarında şahidi oldum ki, elə idman yazarımız vardı ki, bir arenadan o birinə gedirdi, naharlarını yolda səki üzərində edirdilər. Səhərdən-axşama kimi günün altında arenaları gəzib, yarışları işıqlandırırdılar. Bizim jurnalistlərimiz zəhmətkeşdirlər və potensialları da var. Sadəcə, o potensialı daha yüksək səviyyədə reallaşdırmaq üçün stimul olmalıdır. Onların beynəlxalq yarışlara getmələrinə şərait yaradılmalıdır. Təcrübə belə yolla qazanılır. Bizdə isə nəinki Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında iştirak edən jurnalistləri barmaqla saymaq olar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq