25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Minifutbol

U-11 Liqasının bombardiri mükafatlandırılıb

 

AFFA-nın U-11 Liqasının 2011/2012-ci il mövsümünün bombardiri, "Qəbələ" klubunun 11 yaşadək futbolçulardan ibarət komandasının üzvü olan Təbriz İsazadə AFFA tərəfindən mükafatlandırılıb. Futbolxeber.az-ın məlumatına görə, tədbir "Qəbələ" İdman Akademiyasında təşkil olunub.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu çıxış edərək bildirib ki, AFFA tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və müxtəlif liqalarda yüksək nəticə göstərən futbolçular mükafatlandırılır. Qeyd olunub ki, bu tədbirlər futbolun kütləviliyinin artırılması, təbliğatının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Sonra AFFA-nın hədiyyələri 55 qolla 2011/2012-ci il mövsümünün bombardiri olmuş Təbriz İsazadəyə təqdim edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30