24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Minifutbol

Hafiz Məmmədov: “Ölkədən qaçmağım haqda yayılan xəbərlər yalandır”

“Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri virtualaz.org saytına açıqlamasında məşhur oliqarx Hafiz Məmmədov deyib.

“Bakı”nın prezidenti onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda KİV-lərdə yer alan iddiaları da rədd edib.

“Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram”- deyə oliqarx bildirib.

Xatırladaq ki, bu gün bəzi KİV-lər Hafiz Məmmədovun adının da “oliqarxların işi”ndə keçdiyini, onun iri məbləğdə kredit dələduzluğu ittihamı ilə keçirilən istintaq tədbirlərindən yayınmaq üçün ölkədən qaçdığını yazıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30