25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Elnur Hüseynov: “Qürur duyuram ki, birinci Avropa Oyunları Azərbaycanda keçiriləcək”

“Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin Avropa bürosunun təşkilatçılığı, tələbə gənclər təşkilatları və Azərbaycanın diplomatik korpusunun dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təbliği üçün Avropa ölkələrinə səyahət edən avtobusun növbəti dayanacağı Avstriyanın paytaxtı Vyana şəhəri olub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində əhalinin sıx hərəkət etdiyi yerdə dayanan avtobus sakinlərin diqqətini cəlb edib, onlara ilk Avropa Oyunları barədə məlumat verilib.

Azərbaycanı builki “Eurovision” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov da təbliğat turuna çıxan yaradıcı heyəti salamlayanlar arasında olub.

“Qürur duyuram ki, birinci Avropa Oyunları Azərbaycanda keçiriləcək”, - deyən Elnur Hüseynov ona tez-tez qarşıdan gələn Avropa Oyunları ilə bağlı suallar verildiyini, yarışları seyr etmək arzusunda olanların Azərbaycanda daha nələri görə biləcəkləri ilə maraqlandıqlarını bildirib.

“Eurovision-2015” mahnı müsabiqəsində iştirak edən Azərbaycan nümayəndə heyəti də tədbir iştirakçılarını “Bakı-2015“ ilə bağlı məlumatlandırır və bu Oyunları seyr edəcək hər qonağın Azərbaycandan ən xoş təəssüratlarla ayrılacağını, ölkəmizdə olmaqdan böyük zövq alacaqlarını qeyd edirlər.

İlk Avropa Oyunlarının tanıtım turuna çıxan avtobus öz səyahət marşrutuna uyğun olaraq təbliğat kampaniyasını digər Avropa ölkələrində də davam etdirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30