19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

“İlk Avropa Oyunları qədim Bakı torpağında” mahnısının klipi təqdim olunub

Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində “İlk Avropa Oyunları qədim Bakı torpağında” mahnısına çəkilən klipin təqdimatı keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, “ASAN xidmət” könüllülərinin təşəbbüsü ilə hazırlanan klipin nümayişi mərasim iştirakçılarının böyük marağına səbəb olub.

Gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov tədbirdə çıxış edərək Azərbaycanın və Avropanın tarixində ilk dəfə keçiriləcək Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələrini təqdirəlayiq hal kimi qiymətləndirib. Nazir söyləyib ki, klip birinci Avropa Oyunları ərəfəsində bəstəkarlarımız və müğənnilərimiz tərəfindən çox gözəl hədiyyədir. A.Rəhimov qeyd edib ki, bu mahnını təkcə idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, ölkəmizdə idmana dövlət qayğısı və bu sahəyə maraq ildən-ilə artmaqdadır. Qitə tarixində ilk dəfə olaraq, Bakıda keçiriləcək birinci Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması istimaqətində uğurlu addım olacaq.

Azərbaycanın tanınmış müğənniləri, əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov çıxışlarında birinci Avropa Oyunlarının ölkəmizin tarixində ən qürurverici hadisələrdən olduğunu qeyd edib, yarışların başlamasını səbirsizliklə gözlədiklərini vurğulayıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30