20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Bizim Altay

Bu gün Azərbaycanın məşhur idman jurnalistlərindən biri Altay Əliyevin 37 yaşı tamam olur. Futbolxeber.az saytının kollektivi bu münasibətlə A.Əliyevi təbrik edir, ona işlərində daha böyük uğurlar arzulayır.

Bu əlamətdar günündə Qol.Az saytı baş redaktor Aydın Bağırovun ötən ilin bu günündə 36 yaşı tamam olan A.Əliyev barədə yazdığı “Bizim Altay” yazısını yenidən yayımlayıb. Futbolxeber.az həmin yazını təqdim edir:

BİZİM ALTAY

Şablon kimi səslənə bilər: elə insanlar var ki, onlar haqda yazılar təkcə yubileylərində yazılmır, onlar təkcə əlamətdar günlərdə xatırlanmır.

Onu tanıyan da, tanımayan da axtarır: kimisi həyatda, kimisi də “sehrli qutu”da - televizorda.

Bu gün Altayın ad günüdür, 36 yaşını tamamlayıb, keçir 37-yə. Amma onu həmişə axtaranların, bir teleşərhçi kimi ondan ötrü darıxanların böyük əksəriyyəti heç zaman bilməyiblər ki, ad günü nə vaxtdı, harda, nə vaxt doğulub, harada böyüyüb.

Şəxsən tanıyanlar üçün Altay adi bir insan kimi doğulub, yaxşı insan, ən başlıcası, sədaqətli dost kimi yaşayır. Qiyabi tanıyanlar üçün isə Altay çox istedadlı jurnalist olub: özü də hələ televiziya ekranlarından məşhurlaşmağa başlamazdan xeyli əvvəl - Azərbaycanın ən adlı-sanlı qəzetlərindən birində, söz sahiblərinin yığışdığı “525”də. Cəmi 19 yaşında o dövrün çox nüfuzlu mükafatı olan “Media açarı”na layiq görülüb. Söhbət artıq uzaq 1997-ci ildən gedir. Onda indiki kimi hər yerindən duran mükafat almırdı, hər yazı yazan, hər söz deyən jurnalist hesab olunmurdu.

Altay “525”dən AzTV-yə istedadlı, gənc bir jurnalist kimi getmişdi və oradan idman teleşərhçisi kimi öz möhürünü vurub ayrıldı. Bilən bilir, dörd il əvvəl idi bu.

Dörd il sonra - bu günlərdə “Qarabağ”ın çempionluğu münasibətilə keçirilən bayram tədbirində göstərilən, yaxın keçmişimizdəki oyunlardan hazırlanan videoçarxda onun vurulan qoldan sonrakı sevinc dolu səsini eşidəndə bir həmkarımın qeyri-ixtiyari dediyi bu sözlər hələ də qulaqlarımdadı: “Səsə bax, sən Allah...”

Bəli, Altay öz şaqraq səsi, emosional aparıcılığıyla ən sönük oyunlarda belə tamaşaçını ekran qarşısından ayırmağa qoymurdu. Yox, o, bizim Utkinimiz, Ercan Tanerimiz olmayıb, o, sadəcə, Azərbaycanın Altay Əliyevi olub: onun öz yolu olub, gənc yaşında öz üslubunu yaratmağı bacarıb. Elə “Qarabağ”ın həmin bayram tədbirində deyildiyi kimi, indi özünü Altaya bənzətmək istəyən teleşərhçilər az deyil.

Yuxarıda dedim, Altay sadiq insandı, özü də təkcə ailəsinə, dostlarına deyil, həm də onu bizim insanlara tanıdan jurnalistikamıza. Mediadan uzaqlaşıb başqa sahədə, xüsusilə futbol dünyasında çalışan çox az, barmaqla sayıla biləcək qədər insan var ki, öz keçmişini unutmayıb. O, ən azı mediaya, idman jurnalistlərinə isti münasibətdə başqalarına örnək olub, jurnalistikadan gedib, amma həm də getməyib, mənən burada - sözün, həqiqi söz adamlarının yanında qərar tutub. Elə həm də buna görə Altay harada olur-olsun, həmişə bizlərdən biri kimi qalacaq.

Doğum günün mübarək, bizim Altay!

Aydın BAĞIROV, Qol.az
14.05.2014




Ad: elnarə məmmədli;   E-mail: [email protected]

25.12.2016 15:29

salam,Altay müəllim. Necəsiniz? Allah başa kimieləsin balanızı. ÇOX gözəl qızdır,Maşallah.Sizi görəndə 1994-1998-illər,baban-nənən yadıma düşdü.Qızınızın üzündən Qarabağ nuru yağır.Allah xoşbəxt eləsin.
Hörmətlə,Elnarə.(BSİPİ)Şəkili.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30