23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

Etibarlı Etibarımız - YAZI

O, ad günündə gündəmdə olmağı sevmir. Təsadüfi deyil ki, “Facebook”dakı şəxsi səhifəsində doğum tarixini göstərməyib. Sadəcə, buna ehtiyac duymayıb. Ancaq mən onun xətrini istəyən bir insan, bir həmkar, bir eloğlu olaraq ad günüylə bağlı təbrik yazısını yazmağı ehtiyac gördüm. Axı o, sıradan birisi yox, bizim Etibarımızdır. Bəli, söhbət artıq xeyli vaxtdır idman mediasında olan, bu gün 32 yaşı tamamlanan Etibar Tagiyevdən gedir.

Onun da mənim kimi jurnalist karyerası 10 ildən artıqdır. Hər ikimizin mediada ilk addımlarını atdığımız qəzetlərin adları da oxşar idi - mən "Futbol-plus Qəzeti"ndə, Etibar isə “Futbol+qol”da. Həmin vaxtdan bir-birimizi yaxşı tanıyırıq. O, əslən Tovuzdan, mən isə Qazaxdan olduğumdan həm də demək olar yerliyik.

Tağıyevin jurnalistikada ilk dövrlərində “Turan”ın yaxşı vaxtları idi, çempionatımızda liderlər qrupunda gedirdi. Həmin vaxtlardakı Tovuz səfərlərimin birində Etibarla yaxından tanış oldum. Yəqin ki, özü də oxuyub həmin səfəri xatırlayacaq. Elə həmin vaxt onun etibarlı insan, dost, yoldaş, həmkar olduğunu gördüm. Yəni o, adıyla insani xüsusiyyətləri uyğun gələn biridir, kəsəsi, etibarlı Etibarımızdır.

Ümumiyyətlə, insanın adıyla xüsusiyyətlərinin uyğun gəlməsi sanki bir-birini tamamlayır və bu məqam çox xoşuma gəlir. Məsələn, mənim adımın - Mehmanın mənasının qonaq olduğu hamıya məlumdur. Mən həm qonaq getməyi, həm də qonaq qəbul etməyi sevirəm. Deməli, Mehman adını daşımağa layiqəm. Etibar da etibarlı adam olmasıyla özü haqda daha yaxşı fikir formalaşdırır.

İllər keçdi və biz yenidən qəzetlərdə çalışsaq da, bunlar indi başqalarıdır. Etibar yenə də “Futbol” adını daşıyan qəzetdə - “Futbol dünyası”nda çalışır. Mən isə "Qəbələ Ik Qəzeti”ndə. Bizi birləşdirən odur ki, hər ikimiz qurumların rəsmi qəzetlərinin əməkdaşlarıyıq. O, AFFA-nın, mən isə “Qəbələ" İdman Klubunun.

AFFA-nın da əməkdaşı hesab edilən Tağıyev işiylə əlaqədar xeyli ölkə gəzib, futbol sahəsində xeyli təcrübə qazanıb və mütəxəssis olub. Təsadüfi deyil ki, o, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin də aparıcı işçilərindən, bu departamentin rəhbəri Mikayil Narimanoglunun ən çox güvəndiyi isimlərdən biridir. Üstəlik, marağı yalnız futbolla kifayətlənmir, geniş dünyagörüşünə malikdir, başqa sahələrdən də yaxşı xəbərdardır. Ancaq bütün bunlara baxmayaraq, təvazökarlığını qoruyur, sadəliyi ilə seçilir. Hər dəfə onunla səfərlərdə olduğum zamanı bu amil diqqətimi çəkib.

Etibar, ad gününü anons etdiyimə görə yəqin ki, məndən inciməzsən. Sən ad gününü gizli saxlamağı məqsədəuyğun saysan da, mən sənin üçün belə bir əlamətdar gündə haqqıda bir neçə kəlmə yazmağı vacib saydım. Axı təbrik yazlarım artıq ənənəyə çevrilib və bu, uzun illərdir tanıdığım dəyərli insandan yan keçə bilməzdi. Həm də onu unutmayaq ki, insanın ad günü ildə cəmi 1 dəfə olur.

Ad günün mübarək, Etibarımız!

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30