20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

Qurban Qurbanov, Tahir Gözəl və Elxan Tağızadə İtaliya - Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimatında

Bakıda İtaliya - Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi olacaq. Futbolxeber.az-ın məlumatına görə, Dostluq Cəmiyyətinin təsisçiləri İtaliya tərəfdən məşhur jurnalisti Dündar Kesaplı və Azərbaycan tərəfdən isə Rəşad Qurbanovdur. Dostluq Cəmiyyətinin yaradılmasında məqsəd iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahəsində əlaqələri gücləndirmək və bu əlaqələrin inkişafına töhfə verməkdir.

Xatırladaq ki, Dündar Kesaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb.

Dündar Kesaplının sözlərinə görə, yeni cəmiyyətin yaradılması İtaliyada və Azərbaycanda dəstəklənib. O bildirib ki, cəmiyyətin fəaliyyəti xüsusilə, qarşılıqlı idman, turizm, mədəniyyət, o cümlədən film, moda və digər sahələri əhatə edəcək.

Dündar Kesaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir.

Təqdimat mərasimində mədəniyyət, idman sahəsində tanınmış insanlar, o cümlədən Qarabağ Futbol klubunun məşqçisi Qurban Qurbanov, tanınmış modelyer Fəxriyyə Xələfova, AFFA-nın üzvü Elxan Tağızadə, Qarabağ futbol kıubunun vitse-prezidenti Tahir Gözəl, millət vəkili Adil Əliyev, bəstəkar Gövhər Həsənzadə iştirak edəcəklər.

Təqdimat mərasimi 6 may saat 19-00-da Park İnn oteldə keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30