24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

Sumqayıt şəhərində mini-futbol meydançası istifadəyə verilib

Sumqayıt şəhərində, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq silsilə tədbirlər davam etməkdədir. Futbolxeber.az-ın məlumatına görə, dünən Sumqayıtda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbində süni örtüklü mini-futbol meydançası istifadəyə verilib. Açılış mərasimində "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elgin Həbibullayev, AFFA-nın Baş katibinin müavini Sərxan Hacıyev, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev, Sumqayıtın veteran futbolçuları - Telman Salahov, Tofiq Rzayev, Nazim Süleymanov, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov, Şimal Regional Futbol Federasiyasının rəhbəri Yaşar Şəmilov və başqaları çıxış edib. Yeni meydançada topa ilk zərbəni Muxtar Babayev vurub. Ardından qonaqlara şagirdlərin hazırladıqları ədəbi-bədii kompozitsiya təqdim olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30