26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

İdmana aid hər şey yeni dizaynda - DSport.Az

2013-ci ildən fəaliyyətə başlayan dailysport.az idman portalı brendinqinə yenilik edib. Portal öz yeni veb-səhifəsini (dsport.az) və loqosunu ictimaiyyətə təqdim edib. Yeni veb-səhifə daha geniş informasiya bazasına malik olması ilə əvvəlkindən (dailysport.az) fərqlənir. Bu veb-səhifə vasitəsilə istifadəçilər dünyada baş verən ən son idman yenilikləri haqqında geniş və ətraflı məlumatlar əldə edə biləcəklər. Veb-səhifədə idman azarkeşlərinin müzakirəsi üçün forum, oyunlardan əvvəl proqnozlar üçün “bukmaker” bölməsi və reklamlar üçün xüsusi bölmə istifadəyə verilib. Bununla yanaşı qarşıdan gələn 2015-ci il ilk Avropa Oyunlarına həsr olunmuş “Bakı-2015” adlı yeni bölmə də istifadəçilərə təqdim olunub. Veb-səhifənin tərtibatında da bir çox yeniliklər tətbiq olunub. Yeni veb-səhifə daha yaradıcı və modern dizaynı və funksionallığı ilə fərqlənir. İstifadə üçün rahat dizayn oxuyucuların lazımi məlumatları asanlıqla tapmasına şərait yaradır.  Veb-səhifənin loqosu dəyişdirilib və daha unikal forma alıb. Əlavə olaraq, veb-səhifədə dsport.az-ın “facebook”, “twitter” və digər sosial şəbəkələrdə fəaliyyət göstərən səhifələrinə birbaşa keçidlər də yerləşdirilib.

Qeyd edək ki, dailysport.az vasitəsilə dsport.az veb-səhifəsinə keçid almaq mümkündür.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30