29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Xatirə “Qarabağ” üçün hazırladığı mahnını təqdim etdi

Müğənni Xatirə İslam “Qarabağ” futbol klubuna həsr etdiyi mahnısını təqdim edib. Futbolxeber.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, mərasimə futbolçu Namiq Yusifovun geyindiyi 7 nömrəli forma ilə qatılıb. “Qarabağ” adlanan mahnının sözləri Rauf Sübhiyə, musiqisi Rabilə Səfərliyə məxsusdur. Yeni layihəsi ilə bağlı açıqlama verən X.İslam bunları deyib: “Gənc və istedadlı bəstəkarların əməyidir. Bu işdə kimlərin əziyyəti olubsa, hər kəsə təşəkkür edirəm. Bu addımı ilk mən atdım. Özüm bu işlə məşğul oldum və istədiyim kimi ortaya çıxardım. Sabah “Qarabağ”la “İnter”in oyununu səbirsizliklə gözləyirik. Udub-uduzacağımızı deyə bilmərəm. Amma çox həyəcanlıyam. Elə bil ki, özüm oynayacam. Sabah gedib baxacam. Bu mahnıya klip də çəkdirəcəm. Sabahkı oyundan da fraqmentlər götürüləcək. Bir aydan sonra bu məkanda sizlərlə yenidən görüşəcəm”.

Bu günə kimi futbolla maraqlanmadığını söyləyən X.İslam “Həyat yoldaşımın da futbola marağı mənimki qədərdir. Amma ailəmizdə qardaşım futbolu çox sevir. Bundan sonra bu sahə ilə daha çox maraqlanacam. Nəhayət, bizim də ailədən bir futbolçu çıxacaq. Əvvəlcədən danışmaq istəmirəm. Bundan sonra hər şeyi özünüz görəcəksiniz”, - deyə bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31