20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Xoşqədəm Hidayətqızı: “Doğuşla birgə “Dnepr”lə oyunda “Qarabağ”ı dəstəkləyəcəyik”

Azərbaycan teleməkanının ən reytinqli verilişlərindən olan və ATV telekanalında yayımlanan məşhur "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı sportpress.az-a eksklüziv açıqlamasında futbol üzrə Azərbaycan çempionu “Qarabağ” komandasına azarkeşlik etdiyini və klubun uğurlarına sevindiyini bildirib: “Qarabağ” hər bir qələbəsiylə Azərbaycanı sevindirir. Bu klubun ilk illərindən komandanın yanında olmuşam və ona görə neçə inkişaf yolu keçdiyini gözəl bilirəm. Bu gün “Qarabağ”ın uğurları bütün dünyaya məlumdur. Ölkəmiz komandamızın nəticələriylə fəxr edir. Mən istərdim “Qarabağ”ın belə yüksək səviyyəyə çatmasında əməyi olan klubun rəhbərliyinə təşəkkürümü bildirim. Onlar çətin vaxtlarda da komandanın yanında olmaqla onlara həm maddi, həm də mənəvi cəhətdən dəstək oldular. “Qarabağ”ı dünyaya tanıtdıqları üçün onlara minnətdaram. Klubun şərəfini qoruyan futbolçular və orada çalışan məşqçilərə növbəti oyunlarda uğurlar arzulayıram. “Qarabağ”la fəxr edirəm. İnanıram ki, qələbələrimiz çox olacaq”.

Məşhur aparıcı həyat yoldaşı türk müğənnisi Doğuşla birlikdə noyabrın 6-da Avroliqanın qrup mərhələsində Bakıda keçiriləcək “Qarabağ” - “Dnepr” matçında Azərbaycan çempionuna dəstək olmağa çalışacağını bildirib: “İşlə əlaqədar səfərdə olmasaq, mütləq “Qarabağ”ın oyununda iştirak edəcəyik. Doğuş da mənimlə birgə olacaq. Əslində, biz “Zalsburq”la ev oyununu izləməyi planlaşdırırdıq. Sadəcə, səfərə çıxmalı olduğumuzdan alınmadı. Bu dəfə Bakıda olsaq, stadionda komandamıza dəstək olacağıq”.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30