23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

"Futbol Bakcell ilə" layihəsinə start verildi

Ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Bakcell şirkəti ilə "Bakcell Arena" əməkdaşlığı çərçivəsində birgə yeni layihəyə start verib. Futbolxeber.az-ın məlumatına görə, "Futbol Bakcell ilə" layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində iki yaş qrupu üzrə - 8-10 və 10-12 yaşlı uşaqlar həftədə iki dəfə təmənnasız olaraq məşq keçmək imkanı əldə edəcəklər. Eyni zamanda bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunacaq.
 
"Futbol Bakcell ilə" layihəsinə AFFA tərəfindən Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 56-58 ünvanında inşa olunmuş süni örtüklü meydançada start verilib. Əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev yeni tikilmiş bu meydançanın qarşısında qırmızı rəmzi lenti kəsib. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun və dünya şöhrətli veteran futbolçu Dvayt Yorkun topa ilk toxunuşundan sonra Bəhmən Həsənovun rəhbərliyi ilə meydançada müxtəlif yaşlı uşaqların məşqi başlayıb.
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev və Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer layihə ilə bağlı fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıblar.
 
Rövnəq Abdullayev (AFFA-nın prezidenti): "Respublikanın müxtəlif bölgələrində artıq 125 belə meydança istifadəyə verilib. Bu da uşaq futbolunun inkişafına böyük təsir edir. Artıq Bakcell-lə birgə məhəllə futbolunun inkişafı ilə bağlı yeni layihəyə start vermişik. Meydançalar AFFA tərəfindən tikilərək istifadəyə verilir, yarışları isə Bakcell-ə birgə keçirəcəyik. Gözəl başlanğıc olacaq. Düzdür, məhəllə futbolu ilə bağlı işlər bir neçə ildir ki, davam etdirilir. Lakin aktiv şəkildə indi başlayacaq. Bütün məhəllələrdə uşaqların futbola cəlb edilməsi istiqamətində işlər görüləcək.
 
Artıq məktəblər arasında yarışlar keçirilir. Məhəllələr arasında da buna start verildikdən sonra 8-12 yaş arasındakı uşaqlar futbola daha kütləvi şəkildə cəlb ediləcəklər. Bu gün açılışını etdiyimiz stadiona məşqçi təyin ediləcək və o, mütəmadi qaydada məşqlər keçəcək. Bu məhələnin yaxınlığında yaşayan uşaqlar məşq prosesində iştirak edəcəklər. Axşam saat 6-dan sonra isə məhəllənin sakinləri bu meydançanın xidmətindən istifadə edə biləcək. Bələdiyyə ilə söhbətimiz olub, burada böyüklər arasında da yarışlar təşkil olunacaq. Bir sözlə, meydança bu əraziyə xidmət edəcək".
 
Riçard Şirer (Bakcell şirkətinin Baş icraçı direktoru): "Azərbaycanın futbol azarkeşləri "Bakcell"in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Azərbaycanda futbolun inkişafını dəstəkləmək məqsədilə biz ötən ildən etibarən AFFA ilə sıx əməkdaşlığa başlamışıq. İlk dəfə FIFA U-17 Qadınlararası Dünya Çempionatının milli tərəfdaşlarından biri olaraq başladığımız uğurlu əməkdaşlıq daha sonra "Bakcell Arena" layihəsi ilə davam etdi. Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. "Futbol Bakcell ilə" Azərbaycanda futbolun inkişafı baxımından olduqca əhəmiyyətli layihədir. İnanıram ki, yeni inşa edilmiş stadionlarda futbol oynayan uşaqlardan bəziləri gələcəkdə futbolçu kimi yetişəcək və ölkə futbolunun inkişafına öz töhvələrini verəcəklər. Bugünkü açılış mərasimində "Bakcell"in və Bakının möhtərəm bir qonağı da iştirak edir. Biz bu staidonun açılışını əməkdaşlıq etdiyimiz "Mançester Yunayted" klubunun əfsanəvi veteran oyunçusu Dvayt Yorkla birlikdə edirik”.
 
Layihə çərçivəsində növbəti məşq AFFA-nın Futbol akademiyasının meydançasında keçirilib. Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirerlə yanaşı, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu gün veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar ölkəmizdə səfərdə olan türkiyəli futbol veteranları Hakan Şükür, Rüştü Rəcbər və Abdullah Avcı, həmçinin Dvayt York, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, qapıçılar üzrə məşqçi Uli Ştayn, millinin və "Bakı" klubunun qapıçısı Kamran Ağayev bu tədbirdə iştirak ediblər. Futbol veteranları uşaqlara avtoqraf verib, onlarla birgə futbol oynayıb, xatirə şəkli çəkdiriblər. Hakan Şükür, Rüştü Rəcbər və Abdullah Avcı jurnalistlərin suallarını cavablandırıblar.
 
"Futbol Bakcell ilə" layihəsinin bu gün start verildiyi növbəti məkan Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 45 ünvanında yerləşən süni örtüklü meydança olub. Adları yuxarıda sadalanmış futbol veteranları ilə yanaşı bu tədbirdə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov da iştirak edib. Beri Foqts, Hakan Şükür, Uli Ştayn, Dvayt York, Rüştü Rəcbər, Rəşad Sadıqov və Kamran Ağayevdən ibarət komanda ilə bu meydançada "Futbol Bakcell ilə" layihəsi çərçivəsində məşq keçəcək uşaqlar arasında oyun keçirilib. Sonda futbol veteranları uşaqlarla xatirə şəkli çəkdirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30