16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Minifutbol

“La Repubblica”: “Qarabağ” klubu - müharibələr və işğallar arasında...

İtaliyanın “La Repubblica” qəzetinin saytında Ağdamın “Qarabağ” futbol klubu ilə bağlı məqalə yerləşdirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məqalədə qeyd olunur ki, azərbaycanlı futbolçular daim ermənilər tərəfindən işğal olunmuş, dağıdılmış Ağdam şəhəri haqqında düşünürlər. Dağlıq Qarabağ münaqişəsi başladıqdan bəri “Qarabağ” klubu oyunlarını Bakıda keçirmək məcburiyyətində qalıb. Dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın bu klubu 1951-ci ildə yaradılıb. Bir zamanlar 60 min əhalisi, gözəl meydanları, küçələri və binaları olan bu şəhər indi xarabalığı xatırladır.

Yazıda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun sözlərinə də yer verilib: “Ümid edirəm ki, öz doğma şəhərimizdə oyun keçirəcəyimiz gün uzaqda deyil. Mən tez-tez Ağdamla bağlı suallar eşidirəm. Bu, məni məyus etsə də, xarici ölkələrdə tariximizin diqqət mərkəzində olması bizim üçün önəmli haldır”.

Müəllif oxucuların diqqətinə çatdırır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından qovulan azərbaycanlıların şərəfini təmsil etdiyi üçün “Qarabağ” klubu “xalqın komandası” da adlandırılır. Klubun keçmiş üzvü, futbolçu Allahverdi Bağırov bu münaqişədə şəhid olan Azərbaycan idmançılarından biridir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30