16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Minifutbol

AFFA “Clear”la sponsorluq müqaviləsi imzaladı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi təşkil olunub. Futbolxeber.az-ın məlumatına görə, bu il mayın 26-dan qüvvəyə minən sponsorluq müqaviləsinə əsasən “Clear” şampunu Azərbaycan milli komandasının rəsmi şampunudur.

Tədbirin aparıcı Sənan Şəfizadə əməkdaşlıq haqqında qısa məlumat verdikdən sonra səhnəyə AFFA-nın baş katibi Elxan Məmmədov və "Unilever" şirkətinin Mərkəzi Asiya üzrə idarəçi direktoru Ziya Domaniç dəvət olunub.

İlk öncə söz Elxan Məmmədova verilib: “Düşündük və belə qərar qəbul etdik ki, bu mərasimi seçmə mərhələdən öncə təşil edək. Bu, çox önəmlidir ki, Azərbaycan futbol ailəsinə ildən ilə daha çox üzv əlavə olunur. “Clear” şirkətinə AFFA adından  minnətdaram ki, bizimlə əməkdaşlıq edirsiniz. Futbol asiləsinə xoş gəlmişsiniz”.

Ziya Domaniç isə bunları deyib: “Azərbaycan kimi gözəl ölkəyə gəldiyim üçün xoşbəxtəm. Ortaq cəhətlərimiz çoxdur. Bunlardan biri də futboldu. Azərbaycanda da bu idman növü Türkiyədə olduğu kimi çox sevilir. İşbirliyi barədə təklif bizdən gəldi. AFFA-nın tarixinə baxdıqda görürük ki, FİFA reytinqində Azərbaycan millisi 20 il ərzində 100 pillə irəliləyib. Yəni, 100 ölkəni qabaqlayıb. Bu, çox böyük nailiyyətdir. Bizimlə əməkdaşlıq etdikləri üçün AFFA-ya minnətdarıq”.

Çıxışlardan sonra tərəflər rəsmi müqaviləyə imza atıblar. AFFA adından Ziya Domaniçə milli komandamızın forması hədiyyə olunub. Hədiyyəni milimizin baş məşqçisi Berti Foqts və yığmamızın aparıcı üzvü Ruslan Abışov təqdim edib. Qarşı tərəf də öz hədiyyəsini Elxan Məmmədova verib. Sonda “Clear”la bağlı hazırlanmış videoçarx nümayiş olunub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30