20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

Xaqani Məmmədov, nə demək istəyirsən?

ANAR SALMANOV, SƏN HEÇ VAXT BABƏK QULİYEV QƏDƏR CƏSARƏTLİ OLA BİLMƏYƏCƏKSƏN!

Azərbaycan hakimliyinin ürəkaçan səviyyədə olmadığı haqda çox deyib, çox yazmışıq. Qəzetimizin ilk sayından elə bu barədə çox yazılar gedib, bu gedişlə gələcəkdə də çox gedəcək. Amma Xaqani Məmmədov və bandası haqlı tənqidlərdən nəticə çıxarmaq əvəzinə “Het-trik news”u özünə düşmən hesab edir. Lakin zaman hər şeyi yoluna qoyur. Cari mövsümdə baş verən hakim səhvlərini bir-bir xırdalamağa ehtiyac yoxdu. Təkcə Anar Salmanovun sonuncu “Neftçi” – “Qarabağ” matçında təyin etdiyi penalti Azərbaycan hakimliyinin real səviyyəsini ortaya qoydu. Həqiqətən də “Qarabağ”ın saytında yazıldığı kimi bu, dünyada analoqu olmayan penalti idi. Anar Salmanovun “Neftçi”yə “işlədiyini” futbol ictimaiyyəti də yaxşı bilir. Bunu özümüzdən icad etmirik. Statistika dediklərimizi təsdiq edir. Salmanov “ağ-qaralar” üçün ən düşərli hakimdir. FİFA referisinin qardaşının da “Neftçi”dən çörək yediyini nəzərə alsaq, deməli, böyük Salmanovun “ağ-qaralar”a “işləməsi” “vozdux” söhbət deyil.

Əslində, hakim də insandı, o da səhv edə bilər. Amma etdiyin səhvi qəbul etmək də ürək istər. Salmanov mətbuata verdiyi açıqlamada “Neftçi” – “Qarabağ” matçında səhv etdiyini boynuna almadı. Yenə də FİFA-nın qaydalarını əsas gətirərək, söhbəti fırlatdı. Qınamıram, dediyim kimi, etdiyi səhvi qəbul etmək böyüklükdür. Bu baxımdan Babək Quliyevi Salmanov üçün misal çəkə bilərəm. “Bakı” – Xəzər Lənkəran” matçının səhəri günü ikincilərin direktoru olan, sabiq FİFA referisi Babək Quliyevdən Vüsal Əliyevin təyin etdiyi penalti barədə fikirlərini soruşdum. Babək Quliyevin cavabı sözün həqiqi mənasında kişi kimi oldu: “Vüsal Əliyev həmin epizodda penaltini təyin etməkdə haqlı idi. Həmin epizodda yüz faiz penalti var idi. Əgər, o həmin an penalti verməsəydi, bax, bu əsl biabırçılıq olardı”.

Xaqani Məmmədov bu dediklərimizi qəbul etmir. Sual versən ki, “Azərbaycan hakimliyi niyə inkişaf etmir”, bizi yalançılıqda günahlandıracaq. Deyəcək ki, Anar Salmanov uzun illərdən sonra dünya çempionatının seçmə mərhələ oyununu idarə edib. Əliyar Ağayev və Rəhim Həsənov UEFA-nın perspektivli hakimləri arasındadır, ingiliscə yaxşı bilirlər, və s. və i.a. Amma bütün bunlar “vozdux” söhbətdi. Salmanovun təyinatını elə şişirdirlər ki, eşidən də deyər yəqin, İtaliya – İspaniya oyununu idarə edib. Maltanın oyununu idarə etmək uğur deyil, Xaqani Məmmədov. Əkələrin İmratovu dünya çempionatında meydan sulayır, siz Salmanovun adı dünya futbolunda it dəftərində də olmayan Maltanın oyununu idarə etməsi ilə fəxr edirsiz. Budu inkişaf? İnkişaf ona deyərlər ki, həmin sizin sevimli Salmanovunuz, Həsənovunuz, Ağayeviniz gedib, dünya və Avropa çempionatı demirəm, Avroliqanın qrup mərhələsində oyun idarə etsin. Lakin bu gedişlə biz bunu görməyəcəyik. Ona görə hakimliyimizin irəli getməsi haqda danışılanların hamısı yalandır, YALAN!

Xaqani Məmmədov işinin öhdəsindən gələ bilmədiyinə görə son zamanlar çox aqressivləşib. Əgər, aqressivləşməsəydi, hansısa jurnalistin sözünə olmayan oğlunun filan yerindən misal gətirməklə cavab verməzdi. Dünən isə Məmmədov lap “quşlayıb”. “Kim Anarın cəzalandırıldığını deyirsə, başını daşa döyüb” deyir, Xaqani Məmmədov. Mən də üzümü ona tutub, deyirəm. Xaqani Məmmədov, həmin xəbəri mən Futbolxeber.az saytında yazmışam. Eləcə də digər saytlarda bu xəbər yazılıb. Başqalarını deyə bilmərəm, amma öz adımdan cavab verirəm ki, “başıvı daşa döymüsən, beş də artıq”. Bu məsələnin bir tərəfi. Qaldı ki, ikinci tərəfinə hər bir jurnalist hansısa xəbəri yazarkən, bu haqda qarşı tərəfin də fikirlərini öyrənir. Aprelin 19-u, günorta saatlarında mən sizə bu xəbərə münasibət bildirməniz üçün zəng vurdum. Amma siz ənənəvizə sadiq qalaraq, yenə də telefona cavab vermədiniz. Vermirsiz, mən də deyirəm heç verməyin. Son vaxtların məşhur meyxanasında deyildiyi kimi, “verən versin, verməyən oğlumun...” Necədi, ləzzət edir?

Şahin ZÜLFÜQAROV, “Het-trik news”

P.S. Bu yazını yazmamışdan öncə başlığı “Xaqani Məmmədov, nə demək istəyirsiniz?” seçmişdim. Hər halda, nə də olsa, Məmmədov yaşda böyük olduğuna görə ona Siz deyə müraciət etmək istəyirdim. Amma Xaqani Məmmədov həmin xəbəri yazanlar üçün “başını daşa döyür” deyirsə, ona Siz düşmür!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30