20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

40-ı haqlayan tanınmış: “Yaxın günlərdə sevindirərəm sizi”

Bu gün tanınmış jurnalist Elnur Əşrəfoğlunun ad günüdür. Futbolxeber.az-ın məumatına görə, idman jurnalistkasında yetərincə tanınan E.Əşrəfoğlunun 40 yaşı tamam olur.
 
O, 40 yaşın təəssüratlarını Publika.az-la bölüşdü:  “Adam özünü 40 yaşda necə hiss edər?! Təbii ki, əla.  Yəqin ki, bilirsiniz, Üzeyir Hacıbəyov “O olmasın, bu olsun”u yaradanda  Məşədi İbada 50 yaş verir. Sonra Hacıbəyovun özü gəlib 50 yaşa çatanda demişdi: “Vay, vay, vay. Mən bu kişini qoca hesab eləmişəm ki, 50 yaş nədir ki. Cavan yaşdır”. İndi 50-nin yanında 40 nədir ki? (gülür) Hələ də gəncik. Özümüzü gümrah hiss edirik. Hələ qarşıda çox olimpiadalar, dünya çempionatları var, biz də çox işlər görəcəyik. İş barəsində elə sizin saytınızda məlumat verilmişdi. Əlbəttə, bir neçə yerdən təklif var. Onlardan birini dəyərləndirəcəyik. Yəqin ki, yaxın 1-2 ay ərzində bu məsələ həll olunacaq. Hara getsək də, dünyanın  o başına çıxsaq da, yenə jurnalistika ilə bağlı fəaliyyətimizi davam etdirəcəyik. Ancaq ola bilər ki, başqa sahədə - idarəetmə sahəsində olduq. Bu o demək deyil ki, jurnalistikanı unudacağıq. Yenə də biz yazılarımızı yazıb, öz qeydlərimizi bildirəcəyik”.
 
Daha sonra Elnur Əşrəfoğlu “Neftçi”yə vitse-prezident gedəcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirdi: “Dədəd Qorqud” filmində Beyrəyin dediyi kimi: “Yaxın günlərdə sevindirərəm sizi”(gülür).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30