23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

Topazdan gülməli qərar

Azərbaycanda yeganə mərc operatoru olan Topazın Azərbaycan çempionatının bəzi oyunları ilə bağlı qeyri-adi qərarlar qəbul etməsi adi hala çevrilib. "Simurq" - "İnter", "Turan" - "Bakı" və "Turan" - "Xəzər Lənkəran" oyunlarının "dondurulması" da bu oyunların nəticələrinin əvvəlcədən danışılmış olmasına əsas verir.

Futbolxeber.az-ın məlumatına görə, Topaz bu gün ölkə çempionatının 27-ci turu çərçivəsində keçiriləcək "İnter" - "Simurq" oyunu ilə bağlı da gülməli qərar çıxarıb. Belə ki, Topaz 886 kodlu matçda ev sahiblərinin qələbəsinə 1,15 əmsal verib. Bu isə analoqu olmayan rəqəmdir. Çünki nəinki Topaz, ümumiyyətlə heç bir bukmeyker kontoru çempionatın sonuna 6 tur qalmış 3-cü və 4-cü yerdə qərarlaşan komandaların oyununda ev sahiblərinin qələbəsinə 1,15 əmsal verməz! "İnter"in qələbəsinə bu qədər aşağı əmsal verilməsi də "Simurq"un kiçik qardaşına oyunu "verəcəyi"ni təsdiqləyir. Çünki təkcə futbol ictimaiyyətinə deyil, sıravi azarkeşlərə də bu iki klubun eyni cibdən maliyələşdiyi bəllidir. Son 2 turda aparıcı rəqiblərinə uduzan "İnter"in 3 xala bu gün hava-su kimi ehtiyacı var. Bu səbəbdən də Zaqatala klubunun "böyük qardaş"a 3 xal verəcəyi gün kimi aydındı. Məhz bu səbəbdəndir ki, Topaz "bankirlər"ə bu qədər aşağı əmsal verib. Əslində Topaz bu oyunu da "dondurub", özünü gülməli vəziyyətə qoymaya bilərdi. Lakin görünən odur ki, son vaxtlar mətbuatın "dondurulmuş" oyunlarla bağlı təzyiqi Topaz-çıları bu cür əmsal göstərməyə vadar edib.

Əlavə edək ki, "İnter"in asan qələbəsini təkcə Topaz deyil, eləcə də digər ölkələrin bukmeyker kontorları proqnozlaşdırır.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30