29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Teymur Rəcəbovun xanımı: "Onunla futbolda tanış olduq"

Məşhur qrossmeystr Teymur Rəcəbovun həyat yoldaşı Elnarə Nəsirli “Lady.day.az” saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir.

- Elnarə, Teymurla tanış olana qədər olan həyatın necə keçirdi? 

- 8 il Londonda yaşamışam. Bu dövrdə mənim həyatım çılğın ritm qazanmışdı. Bir neçə istiqamətdə təhsil alırdım, xarici dillərə maraq göstərirdim və aktiv idmanla məşğul idim.Hətta London marafonlarına da hazırlaşırdım. Həmin dövrdə bütövlükdə həyatımın mənasını karyera qurmaqda görürdüm. Teymurla tanışlığım həyatımı tamamilə dəyişdi

- Necə tanış oldunuz?

 - Teymurla 7 il bundan qabaq bir futbol matçında tanış olduq. Mən futbol azarkeşiyəm və ona görə də atamla stadionlara getməyim elə də təsadüfi sayılmamalıdır.Həmin matçda bizi sadəcə olaraq bir-birimizə tanış etdilər. Ondan sonra görüşmədik və mən Londona qayıtdım. Bu hadisənin üzərindən xeyli vaxt keçdi. Ancaq Teymur məni axtarıb tapdı və sosial şəbəkələrin birindən mənə yazmağa başladı. Bu da məni çox sevindirdi.

- Münasibətiniz daha sonra necə inkişaf etdi? 

- Açığını deyim ki, Teymurla tanışlığa qədər mən evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də. Bütün bunlar mənə uzaq görünürdü. Onunla ilk yazışmağımız, evlənməyimiz və qızımızın dünyaya gəlməsi hamısı özlüyündən baş verdi. 

- Qrossmeystrn həyatı, səfərlərdə, turnirlərdə keçir elə deyilmi? 

- Bəli, mən də maksimum dərəcədə hər zaman, hər bir yarışda Teymurun yanında olmağa çalışıram. Bu tək onun və ya mənim istəyimdən irəli gəlmir. Bu bizim ikimizə də aid olan bir şeydir. Məşqlər, turnirlər, səfərlər, bu bizim həyatımızdır. Və mən də həmişə böyük həyəcanla yarışların başlamasını gözləyirəm.

- Bəs, iş həyatınız necə gedir? 

- Teymurla mən yaradıcı insanlarıq və evdə işləməyi xoşlayırıq. Mənə hardasa qəribə gəlir, Teymuru əksər kişilər kimi səhərdən- axşama kimi işdə təsəvvür etmək. Biz vaxtımızın çox hissəsini evdə keçirməyə üstünlük veririk. Bu, bir çoxlarına qəribə görsənə bilər. Ancaq bu mənada fikirlərimiz üst-üstə düşür. 

- Bəs boş vaxtlarınızı necə keçirirsiniz? 

- Biz səyahət etməyi xoşlayırıq. Gərgin iş rejimindən sonra təkcə fiziki deyil, həm də emosional şəkildə də yenilənmək lazımdır. Enerji ilə dolu olan böyük şəhərlərə getməyə üstünlük veririk. Beləcə enerji toplayırıq. Sərgilərdə oluruq, parklarda gəzirik. Çox tez bir zamanda harasa gedəcəyimiz barədə qərar verə bilərik. Məsələn bir dəfə Moskvaya getmək qərarı verdik. Yanımıza heç bir yol çantası filan almadıq. Sadəcə olaraq noutbuklarımızı götürdük. Bu çox gözəl səyahət idi.

- Bəs Teymur evdə necə olur?

 - O, çox təmkinli bir insandır. Heç vaxt evə neqativ enerji vermir. Əslində şahmat və ev həyatı tamam fərqlidir. İdmanda o, çox sərtdir. Ancaq evdə belə deyil. Teymur çox güclü şəxsiyyətdir və evi ilə şahmat həyatı arasındakı balansı qoruya bilir. Çox diqqətcildir, xeyirxahdır və qayğıkeş atadır. Onunla yaşamaq mənə çox rahatdır. Buna görə də biz bir yerdəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31