23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

Azad Rəhimovdan barəsində səslənən ittihamlara cavab

Gənclər və idman naziri Azad Rəhimov barəsində səslənən ittihamları cavablandırıb. Lent.az-ın məlumatına görə, nazir olimpiya komplekslərinin tikintisinə xərclənən vəsaitlə bağlı iddialara fikir vermədiyini açıqlayıb.
 
O deyib: “İnanmıram ki, mənimlə bağlı hər hansı rəqəm səsləndirilsin. Mən olimpiya komplekslərinin tikintisinə xərclənən vəsaitlə bağlı ittihamları belə cavablandıra bilərəm. Bu, tam qeyri-peşəkarlıqdır. Nazirliyimizə, mətbuat xidmətimizə zəng vuraraq, rəqəmləri soruşmaq olardı və heç bir problemsiz o rəqəmləri əldə etmək mümkün idi. Amma əksinə, hansısa telekanal və mətbuat orqanı öz tərəflərindən naməlum mənbədən rəqəmləri tapırlar, səsləndirirlər və sonra da həmin o rəqəmlərlə bağlı bizə sual verirlər. Nəticədə gülməli vəziyyət yaranır. Məsələn, Sabirabad Olimpiya Kompleksi 8 milyon 370 min manata tikilib. Amma hər hansı mətbu orqanı səhvən bu rəqəmi 837 min manat göstərir. Sonra da öz səhvinin üstündə başlayır ki, niyə bu qədər azdır? Biz belə hallara fikir vermirik. Bu gün bizim üçün ən önəmli hadisə 2015-ci il Avropa Oyunlarına hazırlıqdır. Biz səylərimizi ölkəmizin müsbət təqdimatına yönəltməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30