25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Minifutbol

"Atletiko"nun prezidentindən Hafiz Məmmədova xüsusi hədiyyə

Bugünlərdə “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov İspaniyada Madrid “Atletiko”sunun prezidenti Enriko Serezo ilə görüşüb. Futbolxeber.az-ın “Bakı”nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, səmimi əhval-ruhiyyədə keçən görüşün sonunda Serezonun Hafiz bəyə təqdim etdiyi hədiyyələr diqqət çəkib. Belə ki, Azərbaycanı dünyada tanıdan Hafiz Məmmədovun əməli işi Serezonun xanımının da diqqətindən yayınmayıb. İspaniyada keçirdiyi müxtəlif görüşlər zamanı Hafiz bəy futbolla yanaşı, ölkəmizin tarixi, mədəniyyəti və məişəti ilə əlaqədar ispanları kifayət qədər məlumatlandırıb.

Bundan təsirlənən Serezonun xanımı Hafiz bəyə Azərbaycan mətbəxi və meyvələri əks olunan maraqlı tablo hazırlayıb. Rəsm əsərində olan heyva, nar kimi meyvələrimizin xüsusi incəliklə işlənməsi görüş iştirakçılarında böyük maraq oyadıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30