25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

“Bakı” və “Xəzər Lənkəran” da yardım aksiyasına qoşuldu!

Nərmin Həsənli bu gün Türkiyəyə aparılıb. Müalicənin başlaması üçün ilkin məbləğ yığılıb.  

Məlumdu ki, “FutbolPress”  ağır xəstəliyə düçar olmuş Nərmin  Həsənli və Vüqar Feyzulla üçün futbol ictimaiyətində yardım aksiyasına başlamaq iseyası ilə çıxış edib. Bu işi koordinasiya eləyən gənc fəal, ATU-nun tələbəsi  Rəşad Müseyibzadəyə vaxtını ayırıb əsas işləri gördüyünə görə təşəkkür edirik.

Bu günə qədər 30 formayla “Qəbələ”, hərəyə 20 formayla (Əlavə, biri imzalı olmaqla) “Neftçi” və “Qarabağ” kampaniyaya qoşulduğu üçün, xüsusən,  həmin klubların mətbuat xidmətlərinin təmsilçilərinə təşəkkür edirik.  

Şad xəbər odur ki, artıq “Xəzər Lənkəran” və “Bakı” da aksiyaya qoşuldu. Fotoda gördüyünüz imzalı XL forması auksiona çıxarılacaq.

“Bakı” 20 formayla yardım edəcəyini bildirib.

Aksiyaya bundan sonra da qoşulanların olacağını düşünürük və yaxın günlərədək bunu davam etdirmək fikrindəyik.

Gənc dostlar - Nərmin və Vüqarın həyatda qalması üçün, ən azı, mənəvi dəstəyini verən hər kəsə belə təşəkkür edirik!

 


futbolpress.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30