Futzal
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
Ötən həftə saytımızda yayımlanan “AFFA, futbolu yarıtdınız, qaldı futzal?!” başlıqlı yazı geniş rezonans doğurub. Bunu nəzərə alaraq araşdırmamızı daha da genişləndirdik. Məlum oldu ki, problem təsəvvür etdiyimizdən də böyükdür.
Əsas problemlərdən biri maliyyə ilə bağlıdır. Belə ki, bu gun milli komandada yer alan oyunçulardan yalnız 2-3-nün klubla – “Neftçi” ilə müqaviləsi var. Qalanlarının hamısı klubsuzdur və son vaxtlar yeganə qazancları millinin təlim-məşq toplanışında aldıqları gündəlik 20-30 manat “sutoçnıy” olub.
Vəziyyət o qədər biabırçıdır ki, milli komandada qapıçı məşqçisi olan şəxs inzibatçı statusundadır və elə inzibatçı maaşı da alır. Qapıçılardan biri isə həm də qapıçı məşqçisi kimi qeyd olunub və o statusa uyğun da məvacib alır. Təkcə elə bu məqam yığmada xaos olduğunu göstərir.
Milli komandamızın DÇ-2028-in seçmə mərhələsində fiaskoya uğramasının kökündə də məhz hazırda futzalda hökm sürən neqativ ab-hava dayanır. Belə ki, bəzi milli üzvləri haqsızlığa etiraz etdikləri üçün yığmaya dəvət almayıblar. Buna qədər kim güclü idisə, o da yığmaya çağırılırdı. İndi isə vəziyyət dəyişib. Hazırda milliyə dəvətdə şəxsi münasibətlər, tanışlıq, dostluq rol oynayır. Sözünü kəsəri olan, haqqını tələb edə biləcək oyunçular isə kənarda qalırlar. Belə komanda Latviyaya 1:5 uduzar da...
Adını gəncləşdirmə qoysalar da, məsələnin kökü məhz yazdığımız kimidir. Çünki bu gün İsa Atayev, Xətai Bağırov, Rövşən Hüseynli, Ramiz Çovdarov kimi təcrübəlilərin, Xəzər Ağalızadə, Fərid Abbasov, Mirzə Əmirov, Nurlan Mehdizadə kimi potensiallı oyunçuların millidən kənarda qalmasının başqa adı yoxdur.
Uğursuzluğa səbəb kimi təkcə heyətin zəifliyi yox, həm də baş məşqçinin səhvlərini göstərmək olar. Adicə bir nümunə: Çexiya ilə oyunda millimizin 0:2 hesabı geridə olduğu vaxt hücum etmək əvəzinə 5x4 oynayıb, 12 dəqiqə top saxlaması sadəcə fiasko idi...
Bütün bunlar isə hazırda futzala cavabdeh olan şəxslərin təcrübəsizliyindən irəli gəlir. Bir vaxtlar millidə administrativ işlərə baxan (formalar, biletlerin, otellərin təşkili) şəxs bu gün futzalda əsas söz sahibidirsə, hər hansı inkişafdan söhbət gedə bilməz.
Sadaladıqlarımız isə yekunda milli komandamızın DÇ-2028-in seçmə mərhələsində fiaskoya uğraması ilə nəticələndi. Hədəf qrup liderliyi idi. Normalda millimizin potensialı da buna imkan verirdi. Gəl ki, naşı adamların yığmada istədiklərini etməsi yekunda fiaskoya gətirib çıxardı. İtirən kim oldu? Təbii ki, Azərbaycan futzalı...
AFFA-nın yaratdığı futzal departamentinin ölkə çempionatını hansı səviyyədə keçirəcəyi də böyük sual altındadır. Adicə bir nümunə: bu gün noyabrın 18-dir. Çempionatın püşkü hələ sabah atılacaq. Halbuki əvvəlki illərdə noyabrın ortasında ölkə çempionatında artıq bir neçə tur geridə qalırdı. Məsələn, ötən il çempionatın püşkü sentyabrın 8-də atılmış, yarışa isə 10 gün sonra start verilmişdi. Adicə bir püşkatmada 2 aydan çox gecikənlər görəsən, çempionatı heç olmasa başa vura biləcəklər?..
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- Almaniya Niderlandı darmadağın etdi
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
-
19:00
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq
-
18:32
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
-
17:58
Böyük futbol Xankəndiyə qayıtdı
-
17:16
Futzal liqalarının püşkü atılıb
-
16:41
Xankəndidəki oyunda topa ilk toxunuşu şəhid övladı edib
-
16:23
"Neftçi"də təhlükəsiz idman mühitinin təşviqinə həsr olunmuş seminar təşkil edilib
-
16:05
Millimizin heyəti açıqlandı
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
-
11:43
“Sumqayıt” akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib
-
11:21
"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
10:05
"Sumqayıt" məşqlərini davam etdirir VİDEO
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
-
13:00
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib
-
12:41
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olunub
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun qurbanı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
19.11.2026
18.11.2026
17.11.2026























