20 Avqust 2025, Çərşənbə
“Qarabağ” “Ferensvaroş”a qalib gəldi
“Bir xal da bizim üçün xeyirlidir”
“Oyunçularım yaxşı ustalıq göstərdilər”
Andrey Şevçenko Bakıya gəlir

Futzal

"Araz-Naxçıvan"ın baş məşqçisi püşkü dəyərləndirdi

"Araz-Naxçıvan"ın baş məşqçisi Vitali Borisov komandasının futzal üzrə Çepionlar Liqasındakı rəqiblərini qiymətləndirib.

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, o, püşkü belə dəyərləndirib:

“Püşkdən əvvəl potensial rəqiblərimizi dəyərləndirən zaman, “Riqa” ilə qarşılaşmağı heç istəmirdik. Çünki bu komandanın daha səviyyəli legionerlərlə gücləndiyini bilirdik. Üstəlik, onlar qrup oyunlarına evsahibliyi edəcəklər. Heyətdən əlavə, meydan amili də “Riqa”nın xeyrinə işləyəcək. Türkiyə çempionu qrupumuzun autsayderidir desək, bəlkə də yanılmarıq. Reytinq də bunu göstərir. Onlarda futzal hələ yeni-yeni inkişaf mərhələsinə qədəm qoyub. Almaniya klubları haqda isə konkret fikir yürütmək olmur".

Mütəxəssis qarşılarına növbəti mərhələyə adlamaq tapşırığının qoyulduğunu deyib: "Bunlar ilkin təəssüratlardır. Əlbəttə, rəqiblərimiz haqda daha geniş məlumat öyrənməyə çalışacağıq. İstənilən halda, komandanın qarşısına konkret tapşırıq qoyulub: 16 ən güclü komanda arasında yer almalıyıq. Bunun üçün də rəqibin kimliyindən asılı olmayaraq, meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Əlbəttə, yaxşı hazrılıq keçməli, heyətimizi komplektləşdirməliyik. Transferlərlə bağlı çalışmalarımız davam edir. Hazırlığa başlayana qədər nəzərdə tutduğumuz oyunçularla anlaşmağa çalışacağıq. Komanda iyulun 17-dən məşqlərə başlayacaq”.

Qeyd edək ki, mübarizəyə ilkin mərhələdən başlayacaq son ölkə çempionu Latviyanın "Riqa", Almaniyanın "Yan Regensburq" və Türkiyənin "İstanbul Şişli" komandaları ilə birlikdə A qrupunda yer alacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31