25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Futzal

Yığmamızın heyətində məcburi dəyişiklik

Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib. 

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Hadi Ahmadi və Amir Şojaei heyətdən kənarlaşdırılıb. 

Buna səbəb hər iki futzalçıya Qazaxıstanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı klub tərəfindən edilən müraciətin müddətinin tamam olmaması və onların bununla əlaqədar hazırda yaşadıqları şəhəri tərk edə bilməməsidir. Əvəzində “Araz-Naxçıvan”dan Fərid Ələkbərov heyətə dəvət olunub.

Millinin yekun heyətində bu futzalçılar yer alıb: Rövşən Hüseynli, Ramiz Çovdarov, Felipinyo, Xəzər Ağalızadə, Fərid Ələkbərov, Oktay Rüstəmli (hamısı “Araz-Naxçıvan”), Emin Kürdov, Nurlan Mehdizadə (hər ikisi “Neftçi” İK), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Kayrat”, Qazaxıstan), Everton Kardosa (“Bintang Timur”, İndoneziya), Cezar De Angelis Zhonatan (“Kaspiy”, Qazaxıstan).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30