28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

Yüksək Liqada yeni mövsümün püşkü atıldı

Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada 2022/2023 mövsümünün püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanla dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca püşk atılıb. Yüksək Liqanın ilk turunda bu oyunlar baş tutacaq:

26 sentyabr

"Baku Fire" - "Neftçi" İK

U-19 - "Record cklub.az"

"Araz-Naxçıvan" - "Alyans" (Lənkəran)

Qeyd edək ki, Yüksək Liqada komandalar 4 dövrədə mübarizə aparacaq. Əsas mərhələni ilk 4 sırada başa vuracaq iştirakçılar pley-off oyunlarına yüksələcək. Lider dördüncü, ikinci pillənin sahibi isə üçüncü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. İki qələbə qazanan komandalar finala, məğlub olan iştirakçılar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək. Final və üçüncü yer uğrunda qarşılaşma bir oyundan ibarət olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31