20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Futzal

Yüksək Liqanın püşkü atıldı

Bu gün Yüksək Liqada 2021-2022-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı İdman Sarayında keçirilmiş tədbirdə əvvəlcə iştirakçı komandalara və KİV nümayəndələrinə yeni mövsümün reqlamentində edilmiş yeniliklər barədə məlumat verilib. 8 komandanın iştirakı ilə keçiriləcək yarış 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.

Belə ki, 21 turun yekununda ilk 4 pilləni tutacaq komandalar pley-off-da oynamaq hüququ qazanacaq. Birinci pillənin sahibi dördüncü, ikinci yeri tutacaq iştirakçı isə 3-cü yerdə qərarlaşmış klubla üz-üzə gələcək. Komandalar iki qələbə qazanana qədər mübarizə aparacaqlar. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda oyunda qarşılaşacaqlar.

Yeni mövsümdə 19 yaşadək futzalçılarla bağlı tətbiq ediləcək limit ləğv edilib. Legioner limiti isə 7-yə bərabərdir. Belə ki, bir klub iştirak ərizəsinə, eləcə də oyunun protokoluna maksimum 7 əcnəbinin adını daxil edə biləcək. Oyunlar isə həftənin cümə günləri keçiriləcək.

Daha sonra yeni mövsümün püşkü atılıb, ardından isə KİV əməkdaşlarının sualları cavablandırılıb.

Qeyd edək ki, yeni mövsümə oktyabrın 1-də start veriləcək.

Birinci turda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırq:

“Alyans” (Lənkəran) - “Baku Fire”

“Record club.az” - “Araz-Naxçıvan”

“Neftçi” İK - EKOL

U-19 - “Xilə”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30