19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Futzal

“Çalışacağıq ki, “Araz-Naxçıvan”ın əvvəlki şöhrətini özünə qaytaraq”

Bu gün UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı. Təmsilçimiz "Araz-Naxçıvan" F qrupunda mübarizə aparacaq.

Futbolxeber.az saytının məlumatına görə, püşklə bağlı komandanın qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verib:

“Kampuksen Dinamo (Finlandiya), Raba (Latviya) və Europa (Cəbəllüratiq) komandaları ilə qarşılaşacağıq. Qrupumuzun oyunları Latviyada təşkil olunacaq. Açığı, rəqiblərimizlə bağlı hələ ki, geniş məlumata sahib deyiləm. Amma təmsil etdikləri ölkələrin yığma komandalarını izləyirik. Finlandiya millisi son illərdə uğurlu nəticələr qazanmaqla seçilir. Onlar gələn il keçiriləcək Avropa çempionatının final mərhələsində də iştirak hüququ əldə ediblər. Bu da Finlandiyada futzalın inkişafından xəbər verir. Latviya yığması ilə dəfələrlə qarşılaşmışıq. Amma bizimlə qarşılaşacaqları klubların durumu haqda yaxın günlərdə məlumat toplamağa çalışacağıq. Əlbəttə, baş məşqçimiz hazırlığa başladıqdan sonra lazım olan informasiyanı çatdıracaq. Rəqiblərin oyun üslubu, əzif və güclü tərəfləri, eləcə də necə oynamalı olduğunuzu məşqlərdə izah edəcək. Qalır yaxşı hazırlıq keçirmək. Sevindirici məqam odur ki, ölkəmizdə zalların fəaliyyətinə qoyulmuş qadağa aradan götürüldü. Deməli, yaxşı məşq etmək imkanımız var. Halbuki ötən il xalça üzərində qısa hazırlıq keçmişdik. Bu dəfə şərait istədiyimiz kimi olacaq.

Bu oyunlar həm də Avropa çempionatına da hazırlıq xarakteri daşıyacaq. Sözsüz, qrup mərhələsini birinci pillədə başa vurmaq üçün bütün gücümüzü sərf edəcəyik. Məqsədimiz ən azı əsas mərhələyə yüksəlmək olacaq. Çətin olsa da, çalışacağıq ki, “Araz-Naxçıvan”ın əvvəlki şöhrətini özünə qaytaraq. Çünki “Araz-Naxçıvan” hər zaman iddialı olub”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30