19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

Millimizin qapıçısı: “Əvvəlki şöhrətimizi tədricən qaytarmalıyıq”

“Araz”ın Çempionlar Liqasında oynayacağı xəbərini federasiyanın saytında oxudum. Əlbəttə, istərdik ki, bu vəsiqəni Yüksək Liqada mübarizə apararaq qazanaq”. 
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Çempionlar Liqasında iştirakı dəqiqləşən “Araz”ın qapıçısı Rövşən Hüseynli deyib.
 
Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verən təcrübəli oyunçu komandasının qitə miqyaslı turnirə qatılmaq hüququ verilməsinə münasibət bildirib:
 
“Ancaq mövcud vəziyyətlə əlaqədar bu, mümkün olmadı. Belə vəziyyətdə insan sağlamlığı hər şeydən üstdə dayanır. Biz də verilən qərarlara hörmətlə yanaşırıq. Bu günlər də tarixin səhifələrinə yazılacaq və illər sonra xatırlanacağıq. Çempionlar Liqasına gəldikdə, hər şey açıqlanan reqlamentə uyğun davam etsə, mübarizəyə avqustda start veriləcək. Əvvəlcə ilkin mərhələnin oyunları, oktyabrda isə əsas mərhələnin görüşləri təşkil ediləcək. Kimin hansı mərhələdən mübarizəyə başlayacağı hələ ki açıqlanmayıb. Reytinq cədvəli dərc olunduqdan sonra bunu biləcəyik. Duzdur, sonrakı illərdəki nəticələrimizin ürəkaçan olmadığını deməliyəm. Bunun da səbəbləri müxtəlifdir. Ötən il zallar bağlı olduğuna görə, “Araz” Çempionlar Liqasının oyununa xalça üzərində 10-15 gün hazırlaşıb, getdi. Halbuki AEK-i normal hazırlıq keçsəydik, böyükhesabla udacaqdıq. Üstəlik, reqlament də dəyişmişdi və cəmi bir oyun cütün taleyini həll etdi. İki il əvvəl isə səfərə komanda üzvlərinin demək olar, yarısı ilə yollanmışdıq. İranlı legionerlərimizə viza verilməmişdi. Bu kimi səbəblər uğursuzluğumuzla nəticələndi. Bunlar artıq tarixdə qalıb. Əvəzində milli komanda ilə uğurlu nəticə qazandıq və final mərhələsinə yüksəldik”.
 
Rövşən komandanın yeni mövsümdəki iddialarından da danışıb: “Əlbəttə, hər zəif nəticəmiz reytinq cədvəlində geriləməyimizə səbəb olur. Üstəlik, digər klublar da inkişafdadır. Həm çempionatları güclənir, həm də klubları.
Transferlərlə və hazırlıqla bağlı detalları baş məşqçi açıqlaya bilər. Məncə, bu mövsüm mümkün qədər irəliləməyə çalışacağıq. “Araz” hər zaman favoritlər sırasında olub. Rəqiblərimiz bizə hörmətlə yanaşıb. Bizdən xal alanda seviniblər. Ona görə də əvvəlki şöhrətimizi tədricən qaytarmalıyıq”.
 
Qeyd edək ki, koronavirus pandeiyası səbəbindən Azərbaycan çempionatı keçirilmədiyindən “Araz” federasiyanın qərarı ilə avrokuboklara vəsiqə əldə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30