24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Futzal

Bolinya Avropa çempionatı haqda: “Çətin olacaq”

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Tyaqo Bolinya Avropa çempionatının seçmə mərhələsi haqda federasiyanın rəsmi saytına müsahibə verib.

- 6 oyun və 16 xal. Qrup mərhələsini necə başa vurduq?

- Əvvəlcə qazanılan uğur münasibəti ilə komanda yoldaşlarımı, azarkeşlərimizi təbrik edirəm. Əla nəticə oldu. Biz qarşıya qoyulan məqsədə nail olduq. Özü də heç bir oyunda məğlub olmadan və qrup lideri kimi. Yaxşı, maraqlı oyunlar keçirdik.

- Hansı oyun daha yaddaqalan oldu?

- Oyunların hamısı maraqlı keçdi. Hamı Yunanıstanın zəif komanda olduğunu düşünürdü. Reytinqə əsaslansaq, belədir. Onlar ilkin mərhələdən mübarizəyə başlayıb və bura qədər yüksəliblər. Ancaq hər iki oyun göstərdi ki, zəif hesab etdiyimiz rəqib də meydanda kifayət qədər maraqlı oyun nümayiş etdirdi, sona qədər müqavimət göstərməyə, qol vurmağa çalışdı. Hətta onların Moldova yığması ilə heç-heçəsi də dediyimə sübutdur. Slovakiya ilə oyunlarımız maraqlı keçdi. Bu rəqibimiz qrupda ikinci yeri tutdu və Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazandı. Yəni maraqlı qrupda yer almışdıq. Hər bir oyun bir-birindən maraqlı və məsuliyyətli idi. Slovakiya ilə oyunları nisbətən fərqləndirərdim.

- Bir oyunda heç-heçə etdik. Ondan necə, qaçmaq mümkün idi?

- Maksimum xal toplamaq olardı, Slovakiya ilə səfər oyununda heyətimizdəki itkilər olmasa idi. Onlarla görüş çox çətin alındı. Mən, Hadi, Vilela, Vassoura zədə səbəbindən komandamıza kömək edə bilmirdik. Bu qədər itkiyə rəğmən xalla dönmək, uğurlu nəticə idi.

- Yeni format necə, turnirə marağı artıracaqmı?

- Əlbəttə, oyunların ev-səfər prinsipi ilə keçirilməsi çox maraqlıdır. Əvvəllər ancaq bir həftə ərzində bütün görüşlər keçirilirdi və bu mərhələyə yekun vurulurdu. İndi isə 3 ay davam etdi. Həm də bütün komandalar üçün şans yaranmışdı. Məncə, oyunlar azarkeşlərlə keçirilməyə başlayan zaman bunun maraqlı olduğunu görəcəyik. Final mərhələsi də maraqlı olacaq. 16 komanda bu dəfə qalib olmaq üçün yarışacaq. Təbii ki, çətin olacaq. Çünki ora daha güclü komandalar vəsiqə qazanıb. Uğur qazanmaq üçün yaxşı hazırlıq keçməliyik. Ona qədər zamanımız var. Yoldaşlıq oyunlarında gücümüzü sınamalıyıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30