Futzal
Millimizin qapıçısı: “Şəhid və qazi analarının qarşısında baş əyirəm”
Bu gündən təlim-məşq toplanışına start verən futzal üzrə Azərbaycan millisi martın 4-də Bakıda, 5 gün sonra isə səfərdə Moldova yığması ilə qarşılaşacaq.
Futbolxeber.az-ın məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək hər iki matça hazırlığını Bakı İdman Sarayında reallaşdıran komandanın təcrübəli qapıçısı Emin Kürdov federasiyanın rəsmi saytına açıqlama verib.
O, əvvəlcə Vətən müharibəsində qazanılan qələbəyə toxunub: “Xalqımızı Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edirəm. Şükürlər olsun ki, ərazi bütövlüyümüz təmin edildi, 30 illik işğala son qoyuldu. Buna görə də 2020-ci ili ölkəmiz üçün uğurlu hesab etmək olar. Düzdür, COVİD-19 pandemiyası da ötən ilə təsadüf etdi, amma bu, tək bizə deyil, bütün ölkələrinə mənfi təsir göstərdi. Ancaq savaş meydanında qazandığımız qələbə müasir Azərbaycan tarixinin ən şanslı səhifəsi oldu. Bu yolda canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, saglamlığını itirmiş qardaşlarımıza isə şəfa diləyirəm. İsti evini soyuq səngərə dəyişən, döyüşlərdə iştirak edən əsgərlərimizə təşəkkür edirəm. Əlbəttə, Vətən, torpaq olan yerdə futzal, futbol sonrakı pillələrdə dayanır. Biz öz sahəmizdə nə qədər qələbələr qazansaq da, savaş meydanında əldə etdiyimiz uğurla heç müqayisə oluna bilməz. Şəhid və qazi analarının qarşısında baş əyirəm”.
Kürdov zala dönüşlərinə sevindikləri qədər ağırlığını da hiss etdiklərini vurğulayıb: “Pandemiya başladıqdan sonra sonuncu dəfə ötən ilin martında meydana çıxmışdıq. Ondan sonra zalların fəaliyyəti dayandırıldı. Təxminən 10 aydan sonra evimiz qədər doğma hesab etdiyimiz zala ayaq basdıq. Bu nə qədər sevindirici olsa da, ağırlığını da hiss edirdik. Açıq havada nə qədər məşq etsək də, zalda hazırlaşmaq tam fərqlidir. Çalışdıq ki, tez uyğunlaşaq”.
Millinin qələbə qazandığı oyunlara da toxunan qapıçı xüsusilə də Slovakiya ilə görüşün çətin keçdiyini bildirib: “Hər iki oyunda qələbə qazansaq da, Slovakiya ilə qarşılaşma daha çətin keçdi. Yunanıstanla onların meydanında üz-üzə gəlsək də, ilk matçla müqayisədə bir qədər rahat oynadıq. Qazandığımız qələbələr reytinq əmsallarına da təsirini göstərdi. Artıq Avropa üzrə beşinci pillədəyik”.
Moldova millisi ilə keçiriləcək oyunların heç də asan olmayacağını deyən Emin, futzalda zəif rəqibin qalmadığını qeyd edib: “Bu oyunlara da hazırlaşırıq. Bu gündən isə toplanışımız başlayır. Məşqlərimizi Bakı İdman Sarayında keçirməyimiz üstünlüyümüzdür. Asan oyun olmayacaq. İndi futzal elə səviyyəyə çatıb ki, zəif rəqib anlayışı qalmayıb. İstənilən halda, qarşımıza maksimum xal qazanmaq tapşırığı qoyulub. Buna nail olmaq üçün səfərbər olacağıq. Qrup mərhələsini birinci pillədə başa vurmalı, Avropa çempionatına birbaşa vəsiqə qazanmalıyıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- Klub rəsmisindən AFFA-ya cavab: “Bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz”
- Santuşla əlimiz bala batdı, qaldı Rui Jorge?..
- “Füzuli Məmmədovun gəlişindən sonra komanda daha xarakterli olub”
- “Sumqayıt”ın dərdi nədir? - QEYD
- Ehtiram Quliyev: “Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik”
- “Nəticələr yaxşıdırsa, Kurban Berdıyevdən necə razı qalmamaq olar?"
- Millimizdə portuqaliyalı baş məşqçi
- Leandro Andrade: “Bundan da yaxşısını edə bilərik”
- “Sumqayıt”ın kapitanı: “Bu sualın cavabını özümüz də axtarırıq"
- Yamal "Barselona"ya qələbə qazandırdı
-
21:49
Qurban Qurbanov: “Hakimlər sanki bir az təzyiq altındadır, Allah köməkləri olsun”
-
21:08
Füzuli Məmmədov: "Acı məğlubiyyət aldıq”
-
20:51
"Qarabağ" 7 qolla qalib gəldi
-
20:24
Dadaşovun komandası heç-heçəyə razılaşdı
-
19:36
II Liqada 21-ci tur start verildi
-
19:07
AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
-
18:43
Millimiz Moldova yığmasına qalib gəldi
-
18:15
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər açıqlandı
-
17:52
Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb
-
17:29
"Fənərbaxça" ciddi itki ilə üzləşdi
-
17:00
Hamı yaxşı, bircə Əliyar Ağayev pisdir?
-
16:32
Aleksandr Ramalinqom: “Anlaya bilmirəm ki, nəticə necə belə oldu”
-
16:16
"Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
-
15:01
Rəhim Həsənov Əliyar Ağayevi yenə haqsız çıxardı: “Turan Tovuz”un 2 penaltisi verilməyib
-
14:24
Millimizə 23 futbolçu çağırıldı
-
13:47
“Şəfa” - “Səbail” oyunu ona tapşırıldı
-
12:53
Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
12:35
Avropa çempionatında Azərbaycanı 14 şahmatçı təmsil edəcək
-
12:16
Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər
-
11:28
İngiltərə kubokunun yarımfinal cütləri müəyyənləşib
-
11:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:49
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
-
10:31
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
10:14
Futzal millimiz məşqlərə başlayıb
-
09:57
"İnter" - "Roma" matçında 7 qol VİDEO
-
21:28
Antalyada 8-ci Etnospor Forumu baş tutub FOTOLENT
-
21:12
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:58
Saşa İliç: “Neftçi” kimi komandalar bu cür səhvləri bağışlamır”
-
20:39
Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
-
20:06
Vensan Abubakar: “Qarşıdakı hər matç "Neftçi" üçün finaldır”
-
19:55
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
-
19:10
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"
-
18:47
Kaxaber Sxadadzedən qələbə şərhi
-
18:28
Bədii gimnastlarımız beynəlxalq turniri 6 medalla başa vurublar
-
18:04
"Qəbələ" "Kəpəz"i 2 qolla üstələdi VİDEO
-
16:25
Cüdoçularımız Avropa Kubokunda 24 medal qazanıblar
-
15:42
“Karvan-Yevlax”ın sabiq futbolçusu İslandiya klubunda
-
14:19
"Çelsi" 7 cavabsız qolla yarımfinalda VİDEO
-
13:51
İsgəndərlinin komandası xalsız qaldı
-
12:36
"Atletiko" - "Barselona": 1 qırmızı vərəqə, 3 qol VİDEO
-
12:20
Joni Montiel: “Kim deyir ki, “Qarabağ” çempionluqdan əlini üzüb?”
-
12:07
“Qalatasaray” “Trabzonspor”a məğlub oldu VİDEO
-
11:43
“Əksər komandalarda “İsgəndər Cavadov” akademiyasının futbolçuları var”
-
11:18
“Arsenal” kubokla vidalaşdı VİDEO
-
10:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
“Bavariya”dan möhtəşəm geridönüş VİDEO
-
10:22
Axundzadə ABŞ-da ikinci oyununa çıxdı
-
10:09
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
09:56
Zamiqin komandası het-triklə sevindi
-
09:41
“Bayer”dən 6 qollu qələbə VİDEO
06.04.2026
05.04.2026























