Futzal
Joze Alesio: “Diqqətli olmalıyıq”
“Fikrimcə, komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdır. Çünki bu dəfə hazırlaşmaq üçün vaxtımız çoxdur. Müqayisə üçün deyim ki, əgər Slovakiya ilə matça biz cəmi 10 gün məşq keçməklə çıxmışdıqsa, indi ən azı iki rəsmi oyun da var aktivimizdə”.
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri futzal üzrə millimizin baş məşqçisi Joze Alesio Da Silva Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
O, heyətlə bağlı problemlərin olduğunu da qeyd edib: “Yanvardakı məşqlər və sonra iki oyun keçirməyimiz komanda olaraq boşluqları görməyimizə və aradan qaldırmağımıza imkan verdi. Təbii ki, qarşıdakı günlərdə də “axsadığımız” məqamlar üzərində işləyəcəyik. Fineo zədəli olduğuna görə Slovakiya və Yunanıstana qarşı oyunlarda iştirak etmədi. Düzdür, o, məşqlərə başlayıb, amma tam hazır deyil. Bakıdakı oyunda iştirak edib-etməyəcəyini deyə bilmərəm. Ümid edirəm ki, ən pis halda səfərdəki oyuna hazır olacaq. İsa Atayevin də yüngül zədəsi var, Fineodan fərqli olaraq o, bizə kömək edəcək vəziyyətdədir”.
Rəqib haqda da danışan Alesio Moldova yığmasının hazırda yaxşı formada olduğunu vurğulayıb: “Əlbəttə, rəqibimiz olduğuna görə, Moldovanın hər iki matçını izləmişəm. Həm də təxminən ilyarım əvvəl qarşılaşmışdıq. Oyun üslubu tanışdı, elə də dəyişiklik yoxdu, amma komanda olaraq yaxşı formadadırlar. Bu da onların daha əvvəldən hazırlıq və yoldaşlıq oyunları keçirməsi ilə bağlıdır. Meydanda çox intizamlıdırlar. Nəticələri də bunu deyir. Xüsusilə də Slovakiyaya qarşı oyunlarını qeyd edərdim. Həmin matçda hətta qələbə qazanmağa da yaxın oldular. Ona görə diqqətli olmalıyıq”.
Millinin çalışdırıcısı toplanış üçün 1 həftənin yetərli olduğunu bildirib: “Fevralın 25-dən toplanışa başlayacağıq. Ancaq toplanışa qədər də məşqlərimizi edirdik. Ona görə qarşıdakı günlərin tam hazır olmaq üçün yetərli olacağı qənaətindəyəm. Yaxşı olardı ki, legioner kimi başqa ölkələrdə çıxış edən futzalçılarımız da ilk gündən hazırlığa qoşulsunlar. Təəssüf ki, bu alınamayacaq. Çünki onların formasını geyindiyi klubların çempionat oyunları var”.
Alesio hər iki oyunda qazanılacaq qələbənin belə liderliyi təmin etməyəcəyini deyib: “Rəqibimizə hörmətlə yanaşırıq. Bizim tapşırığımız isə hər iki oyunda qələbə qazanmaq, aktivimizə 6 xal yazdırmaqdır. Bunu reallaşdırsaq, lideliyi təmin edəcəyikmi? Bu haqda danışmaq tezdir. Ancaq mübarizənin sona qədər davam edəcəyini düşünürəm”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- FİFA referiləri I Liqa oyunlarında
- Cenklə Avropa “cənginə”
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
-
20:00
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
18:47
İqor Ribeyro: "Neftçi"dən təklif alanda çox sevindim" VİDEO
-
17:14
"Zirə" 5 futbolçu ilə vidalaşdı
-
14:25
Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
13:56
“Qarabağ” rəsmisi FIFA prezidenti ilə görüşdü - Elxan Məmmədovun vasitəçiliyi ilə FOTOLENT
-
13:38
Cüdoçumuz Məhəmməd Musayev Avropa Kubokunda qızıl medal qazanıb
-
13:12
Minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi start götürür
-
12:09
Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
-
11:41
"Basketbol hər yerdə" layihəsi çərçivəsində ilk meydança istifadəyə verilib
-
11:23
meksika Avstraliyanı məğlub etdi VİDEO
-
10:54
Azərbaycan millisinin heyətində dəyişiklik
-
10:17
Sekidika ilə yollar ayrıldı
-
10:00
PSJ yenidən ÇL-i qazandı VİDEO
-
17:32
Elşad Quliyev: "Turnir bizim üçün bundan sonra başlayır"
-
17:00
Millimiz Fransaya da qalib gəldi
-
16:21
Azər Bağırov "Kəpəz"dən getdi
-
15:17
“Şamaxı”da daha bir ayrılıq
-
13:45
“Barselona”dan rəsmi transfer
-
13:08
Basketbol millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
-
12:34
“Nitsa” Liqa 1-də yerini qorudu
-
11:56
Kipr kubokunun qalibi müəyyənləşdi
-
11:23
Azərbaycan millisi xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
-
10:49
Otamendinin yeni klubu müəyyənləşdi
-
10:12
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:51
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
-
09:00
“Neftçi” çempion, “Sumqayı” gümüş medalçı oldu FOTOLENT
-
21:43
İtaliya - Azərbaycan matçında 3 qol VİDEO
-
20:31
“Qrup lideri olmaq niyyətindəyik”
-
19:18
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
-
18:55
Millimiz İtaliyanı məğlub etdi
-
18:00
"Ağstafa Gəncləri" II Liqadakı yerini qorudu
-
17:47
İspaniya klubu baş məşqçisi ilə yeni müqavilə imzaladı
-
16:29
Füzuli Məmmədov "Karvan-Yevlax"dan getdi
-
16:12
“Qarabağ”ın iki legionerinə millidən dəvət alıb
-
15:06
Berdıyev: “Azərbaycanlı futbolçular limitin ləğvindən sonra..."
-
14:33
Argentina millisi mundiala bu heyətlə yollanır
-
13:58
Mirmehdi Rzayev: "İtaliyaya mütləq qalib gəlməliyik”
-
13:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:41
Boksçularımız Batumidə 5 medal qazanıblar
-
12:15
Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
-
11:30
Adriel Ba Loua: “Bu matçda əsas taktika yox, istək idi”
-
10:59
Messinin 6-cı dünya çempionatı
-
09:46
Renat Dadaşov Polşa klubundan ayrılıb
-
22:58
"Şamaxı" onu da göndərdi
-
22:14
"Qəbələ"nin qələbəsi VİDEO
-
21:26
Kaxaber Sxadadzedən qələbə şərhi
-
21:02
Ramiz Məmmədov: “Hər iki qolun səbəbkarı Tural Qurbanov idi”
-
20:43
“Qəbələ” “Mingəçevir”ə qalib gəldi
-
18:59
Millimiz Avropa çempionatına qələbə ilə başladı VİDEO
-
17:15
Elşad Quliyev: “Oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq”
31.05.2026
30.05.2026
29.05.2026
28.05.2026























